Paruyr Ayrikyan

Paruyr Hayrikyan (erm. Պարույր Հայրիկյան; 5 iyul 1949, İrəvan) — erməni dissident; Ermənistanın tanınmış siyasi xadimi. Ermənistanın Milli Müqəddəratı Təyinetmə partiyasının rəhbəri

Paruyr Hayrikyan
erm. Պարույր Արշավիրի Հայրիկյան
Şəxsi məlumatlar
Doğum tarixi 5 iyul 1949(1949-07-05) (75 yaş)
Doğum yeri
Təhsili
  • Ermənistan Milli Politexnik Universiteti[d] (19561966)
Fəaliyyəti siyasətçi, yazıçı
Dini Erməni Həvari kilsəsi
hayrikyan.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Paruyr Arşaviroviç Hayrikyan 5 iyul 1949-cu ildə İrəvanda anadan olmuşdur.

1956–1966-cı illərdə Nubaraşendə orta məktəbdə təhsil almışdır.

1966–1969-cu illərdə İrəvan Politexnik İnstitutunda oxumuşdur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə İrəvan Politexnik İnstitutunda oxuduğu illərdə başlamış, tələbəliklə yanaşı fabrikdə elektrik işləmişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Siyasi fəaliyyətinə görə 1969–1973-cü illərdə həbsdə olmuş və 4 il düşərgələrdə saxlanılmışdır.

Həbsdən sonra 1973-cü ildə İrəvana qayıtsa da burada inzibati nəzarət altında yerləşdirilmişdir. 5 fevral 1974-cü ildən DTK-nın həbs mərkəzinə yerləşdirilmiş, daha sonra qayda pozuntusuna görə 2 il yenidən düşərgələrdə saxlanılmışdır.

1987-ci ildən İrəvana dönmüş və tərəfdarları ilə birlikdə Ermənistanın Milli Müqəddəratını Təyinetmə Partiyasını yaratmışdır.

1988-ci ildə erməni separatizminə qarşı çıxmış, Azərbaycanla münasibətləri korlamağın ermənilərin ziyanına olduğunu bəyan etmişdir. 1988-ci ilin fevralında Sumqayıtda erməni əhalisinə qarşı baş verən faciəvi hadisələrin təşkilində sovet hakimiyyətini ittiham etmiş və bunun üstündə onu vətəndaşlıqdan məhrum edərək, onu Efiopiyaya deportasiya ediblər. O, etiraf edirdi ki,

"Sumqayıt hadisələri Moskva tərəfindən təşkil olunmuşdu"[1]

Təzyiqlərə baxmayaraq, o, 1988–1992-ci illərdə SSRİ-də erməni milli xalq hərəkatının lideri olmuş; "Demokratiya və müstəqillik" adlı beynəlxalq təşkilatın sədri seçilmişdir.

1990–1995-ci illərdə Ermənistan SSR Ali Sovetinin deputatı və Ermənistan SSR Ali Sovetinin Dövlət müstəqilliyi və milli siyasət üçün təsdiq daimi komitəsinin üzvü olmuşdur.

1995–1999-cu illərdə də Ermənistan parlamentinin üzvü olmuş və Xarici əlaqələr daimi komitəsinin üzvü idi.

Ermənistan prezidentliyinə namizəd

[redaktə | mənbəni redaktə et]
  • 2003-cü ilin fevralında Ermənistan prezidentliyinə namizəd olmuşdur.
  • 2012-ci ilin dekabrında yenidən Ermənistan prezidentliyinə namizədliyini irəli sürmüşdür.