Ernst Buş (22.1.1900, Kil –8.6.1980, Berlin) — alman estrada müğənnisi, dram aktyoru.[1]
Ernst Buş | |
---|---|
ing. Ernst Busch | |
| |
Doğum tarixi | |
Doğum yeri | Kil, Almaniya İmperiyası |
Vəfat tarixi | (80 yaşında) |
Vəfat yeri | Berlin, Almaniya Demokratik Respublikası |
Fəaliyyəti | müğənni, aktyor |
Fəaliyyət illəri | 1929–1971 |
Partiyası |
|
Mükafatları | Lenin mükafatı |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Almaniya Demokratik Respublikası Milli mükafatı (1949, 1956, 1966); Beynəlxalq Lenin mükafatı laureatı (1972). 1917-ci ildən solçu gənclər hərəkatının fəal üzvü olmuşdur. İlk dəfə 1920-ci ildə Kil şəhər teatrı səhnəsində Lizandr rolunda (U. Şekspir, "Yay gecəsində yuxu") çıxış etmişdir. 1925-ci ildə Berlinə gəlmiş və "Alman teatrı"nda çalışmışdır. 1927-ci ildən E. Piskatorun "Siyasi teatr"ında işləmiş, 1928-ci ildə "Teater am Şiffbauerdamm"da ilk dəfə B. Brext və K. Vaylın "Üçqəpiklik opera" tamaşasında (serjant Smit rolunda) çıxış etmişdir. 1920-ci illərin sonlarından siyasi antifaşist mahnıların ifaçısı kimi geniş şöhrət qazanmışdır.[1]
1933-cü ildə Almaniyada nasist diktaturası qurulduqdan sonra Niderland, Belçika, Fransa, İsveçrə və Avstriyada, 1935–37-ci illərdə SSRİ-də mühacirətdə olmuş dur. 1937–39-cu il lər də İspaniyada olmuş, beynəlxalq briqadaların döyüşçüləri qarşısında çıxış etmişdir. 1939-cu ildən Belçikada yaşamış, alman ordusu ölkəni işğal etdikdən sonra nəzarət altında saxlanılmış, qaçmış, 1943-cü ildə zəbt olunmuş Fransa ərazisində həbs edilərək 1945-ci ilə qədər Moabit, Brandenburq zindanlarında saxlanılmışdır. 1951–60-cı illərdə "Alman teatrı" nın və "Berliner ansambl"ın aparıcı aktyorlarından biri olmuşdur. 1946-cı ildə fəhlə mahnıları yazılmış vallar istehsal edən "Lidder sayt" firmasını yaratmışdır. Berlin qrammofon yazısı studiyasında "XX əsrin mahnı xronikası" adlı qrammofon valları antologiyasını buraxmışdır.[1]