Ervand Sevortyan

Ervand Sevortyan (22 oktyabr 1901 və ya 22 oktyabr (4 noyabr) 1901[1], Yalta, Rusiya imperiyası23 mart 1978[1], Moskva) — Sovet türkoloqu, etimoloqu, pedaqoq, filologiya elmləri doktoru, professor, RSFSR-in əməkdar elm xadimi. Türk dillərinin etimoloji sözlükləri içində ən iri həcmli və ən əsaslı etimoloji sözlüyün müəllifidir.

Ervand Sevortyan
Ervand Vladimiroviç Sevortyan
Doğum tarixi
Doğum yeri Yalta, Krım
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri Moskva
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi türkologiya
Elmi dərəcəsi
Elmi adı
  • professor[d] (1969)
İş yerləri
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d]
Alma-mater Simferopol Universiteti
Təhsili
  • M. V. Frunze adına Krım Dövlət Pedaqoji İnstitutu[d] (–1930)
Üzvlüyü
Mükafatları "Şöhrət" ordeni

1901-ci ildə dünyaya göz açıb, 1930-cu ildə Simferopoldakı Krım Pedaqoji İnstitutunu bitirir. Daha sonra Moskva Dilçilik Elmi-Tədqiqat İnstitutunda aspiranturanı başa vurub həmin institutda elmi işçi kimi çalışır, bir neçə il türk dilləri bölməsinin müdiri olub. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olub: Moskva Fəlsəfə, Ədəbiyyat və Tarix İnstitutunda, Moskva Şərqşünaslıq İnstitutunda, Moskva Dövlət Universitetində, Xarici Dillər İnstitunda dərs deyib. 1957-ci ildə "Azərbaycan ədəbi dilində affiksal (şəkilçi köməkliyi ilə) feildüzəltmə" mövzüsunda doktorluq işini müdafiə edir. 1958-ci ildə "Türk dillərinin etimoloji sözlüyü"nün (8 cilddə, 1978-2008) üzərində işlərə başlayır. Sözlüyün I cildinin dərc edilməsi, II-IV cildlərin çapa hazırlanması Sevortyan tərəfindən görülür, ölümündən sonra iş həmkarları tərəfindən davam etdirilir.[2]

Türk Dil Qurumunun müxbir üzvü olub (1957).[3]

  • Türk dilinin qrammatikası («Грамматика турецкого языка», 1947);
  • Türk ədəbi dilinin fonetikası («Фоне­тика турецкого литературного языка», 1955);
  • Azərbaycan ədəbi dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском литературном языке», 1957);
  • Azərbaycan dilində affiksal feildüzəltmə («Аффиксы глаголообразования в азербайджанском языке», 1962);
  • Azərbaycan dilində affiksal ismi sözdüzətmə («Аффиксы именного словообразования в азербайджанском языке», 1966);
  • Azərbaycan dilinin qrammatikası («Грамматика азербайджанского языка», 1971, M. Şirəliyevlə birgə).
  • Sovet türkologiyasının inkişafı tarixindən (Из истории развития советской тюркологии.// Известия АН СССР, ОЛЯ, 1955, том ХIV, вып. 2)
  • Müzakirəardı illərdə sovet türkologiyası (Советская тюркология в последискуссионные годы. // Известия АН СССР, ОЛЯ, 1953, том ХII, вып.6)
  • "Türk dillərinin tarixi öyrənilməsinin bəzi məsələlərinə dair" məqaləsi («О некоторых вопросах исторического изучения тюркских языков», 1960)
  • "Türk dillərinin çağdaş durumu və SSRİ-də tarixi öyrənilməsinin bəzi məsələləri" məqaləsi («Современное состояние и некоторые вопросы исторического изучения тюркских языков в СССР», 1961)
  1. 1 2 Исаев Ю. Н. Чувашская энциклопедия (rus.). Чувашское книжное издательство, 2006. 2567 с. ISBN 978-5-7670-1471-2
  2. "Этимологический словарь тюркских языков в 8 томах (1978-2008)". 2013-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.
  3. "Чувашская энциклопедия — Севортян Эрванд Владимирович". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-01.