Estoniya Milli Kitabxanası

Estoniya Milli Kitabxanası — Estoniya Dövlət Kitabxanası kimi 21 dekabr 1918- ci ildə əsası qoyulmuşdur. 1919- cu ildən kitabxana Estoniya ərazisində nəşr olunan bütün çap məhsulunun məcburi nüsxəsini alır. 1922-ci ildə kitabxana parlament, hökumət və dövət müəssisələrinə xidmət edən Mərkəzi Kitabxana statusu almışdır. 1939-cu ildə Estoniya Dövlət Kitabxanası haqqında Qanuna əsasən kitabxana dövlət müəssisələri kitabxanalarının və Estoniya elmi kitabxanalarının mərkəzi kitabxanası hesab edilir. 1940-cı ildən kitabxana SSRİ-də çap olunan məhsulların məcburi nüsxəsini almağa başlayır.[2] 1942-ci ildən Estoniya Kitab Palatası funksiyasını da daşımağa başlayır. 1944-cü ildən Estoniya SSR Respublika kitabxanası adlanmağa başlayır. 1962-ci ildə müstəqil Kitab Palatası yaranır. 1968-ci ildə kitabxananın yeni Əsasnaməsinə görə Dövlət Ümumi Kitabxanası adlanır. 1988-ci ildə Kitabxana MK statusu alır. Kitab Palatasının funksiyası yenidən Kitabxanaya həvalə olunur. 1990-cı ildə Estoniya Respublikası Ali Soveti “Estoniya Milli Kitabxanası haqqında” Qanun qəbul edir. Qanuna görə kitabxana ümumi və parlament kitabxanası kimi ölkə ərazisində nəşr olunan bütün çap məhsullarını toplayır və mühafizə edir və eyni zamanda eston dilində ölkədən kənarda çap olunan məhsulları toplayıb eston milli biblioqrafiyasını yaradır. Kitabxana 1993-cü ildən xüsusi layihə əsasında tikilmiş binaya köçürülmüşdür. 1994-cü ildə Estoniya Milli Kitabxanası haqqında yeni Qanun qəbul olunmuşdur. Qanuna əsasən kitabxanaya əvvəlki funksiyaları ilə yanaşı, informasiya müəssisəsi funksiyası da verilmişdir. 1998-ci ildən kitabxanalarda Avropa Birliyinin informasiya mərkəzi fəaliyyət göstərir. 1995-ci ildən MK estoniya kitabxana şəbəkələrinin konsorsiumuna daxil olmuşdur.[2]

Estoniya Milli Kitabxanası
Eesti Rahvusraamatukogu[1]
Ümumi məlumatlar
Ölkə
Yaradılıb 1918
Ünvan Harju maakond, Tallinn, Kesklinna linnaosa, Endla tn 3 // Tõnismägi 2
Sayt nlib.ee
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Tallin şəhərində yerləşən kitabxana binası

MKnın fondu 3 milyon nüsxədən çoxdur. Elektron Kitabxana yaradılmışdır. Oxucuları 100 mindən çoxdur. Kitabxana 1993-cü ildən İFLAnın üzvüdür. Baltik regionuFinlandiya kitabxanaları ilə sıx əlaqələr qurulmuşdur. Kitabxana dövlət büdcəsindən maliyyələşdirilir. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və informatika üzrə elmi-tədqiqatlar aparan ölkə kitabxana şəbəkəsinin kompüterləşdirilməsinə başçılıq edir.[2]

İstinadlar[redaktə | mənbəni redaktə et]