Litva Milli kitabxanası

Kitabxana binası

Litva Milli kitabxanasıLitvanın əsas elmi-kütləvi kitabxanasıdır.[1]

Kitabxana Martinas Majvidasın adını daşıyır. Vilnüs şəhərində yerləşir. 1919-cu ildə Mərkəzi Dövlət Kitabxanası kimi Kaunasda əsası qoyulmuşdur. 1944-cü ildə Litva SSR Mərkəzi Dövlət Kitabxanası, 1951-ci ildə Litva SSR Dövlət Respublika Kitabxanası adlandırılmışdır. 1963-cü ildə Vilnüsə köçürülmüş, 1989-cu ildən Martinas Majvidas adına Litva Milli Kitabxanası adlanır.[1]

Kitabxananın binası memar Viktor Anikin, Vladimir Oleyniçenko və mühəndis Çipriynas Strimaytis tərəfindən layihələndirilmişdir. Binanın tikintisi 1963-cü ildə yekunlaşmışdır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]