Estoniya — dövlət Avropanın şimal-şərqi və Baltik dənizinin şərq sahillərində yerləşir. Şimaldan Fin körfəzi, qərbində isə Riqa körfəzi ilə əhatələnmişdir.
Estaniyanın sahəsi 45 226 km² təşkil edir.
Sərhədlərinin uzunluğu — 1633 km. Latviya ilə — 339 km, Rusiya — 294 km sərhədə malikdir.
Sahil xəttinin uzunluğu 3794 km-dir.
Estoniyanın ərazisinə 1521 ada, daxildir ki, onunda hamısı Baltik dənizində yerləşir. Onların ümumi sahəsi 4,2 min. km²-dir. Ən böyük adaları — Saaremaa və Hiyumaa, üstəlik Muhu, Vorsmi, Kihnu adası və b. Adalarınnböyük hissəsi Moonsund arxipelaqına daxildir. Adalarda ümumi əhalinin 5 % yaşayır. Estoniyanın çayları elədə uzun və bolsulu deyildir.
Səthi düzənlik, təpəlik və bataqlıqlaşmış ərazilərdən ibarətdir.
Ən böyük zirvəsi Suur-Munamyaqidir. Onun hündürlüyü 318 metrdir.
Rstoniya sıx çay şəbəkəsinə malikdir. Şimal və qərb istiqamətində axan çaylar Baltik dənizinə töküldüyü halda, şərq istiqamətli çaylar göllərə axır. Qərbə və şimal istiqamətimdə axan çaylar Kazari, Narva, Pirita, Pyarnu və b. Ən uzun çayı Pyarnudur uzunluğu 144 km-dir. Yaz yağıntıları zamanı çayların suyunda atım müşahidə edilir. Bu zaman suyun səviyyəsi 5 metrə qədər qaxla bilir. Ölkədə 1150 göl vardır. 250-dən çox süni su tutarı vardır. Göllərin ümumi sahəsi ölkənin 4,8 % ərazisini təşkil edir. Çud gölünün 3555 km² sahəyə malik olsa da 1616 km² ərazisi Estoniyada yerləşir. Estoniya ərazisi daxilində yerləşən ən böyük göl Vırtsyarv gölüdür. Sahəsi 266 km² təşkil edir.
Estoniya ərazisindən faktiki olaraq Mərkəzi və Şərqi Avropanın bitkilə örtüyünün sərhədi yerləşir. Estoniya ərazisində 2500 növ yosun vardır. Üstəlik burada 1441 növ borulu bitkiyə rast gəlmək olar. Onların yarımnövləri ilə birlokdə sayı isə 1538 növ olaraq qiymətləndirilir[1].[2][3].
Növ tərkibi baxımından məməlilərin sayı 60-dır. Say baxımından Maral (7000 baş), dovşan, qaban (11 000) üstünlük təşkil edir. 1950—1960-illərdə ərazisinə maral, yenotabənzər it gətiilmişdir. Burada həmçinin qonur ayı (800 baş) və vaşaq (1000 baş) kimi iri məməlilərə rast gəlinir. Kirpi, dovşan, tülkü və digər məməliləri görmək olar.
Ölkə ərazisində 331 növ quş yaşayır. Onların 207 növü burada yuva qurur. 60 növü köçəri deyil. Say baxımından çox olanları: Turac, Qaratoyuq, Ördəklər və s. Mühafizə edilənlər: ağquyruq dəniz qartalı, berkut, ilanyeyən qartal, kiçik xallı qartal, çay qaraquşu, ağ və qara leylək, boz durna.
Burada üç növ kərtənkələ və 2 növ ilan yaşayır
Şirinsulu və sahil zolağında 70 növ balıq yaşayır: Çud siqi Okun, Adi sudak, Lota lota, Sazan, Kilkə, Kambala, Dəniz sıfı və başqaları. Onların bir çoxu təsarrüfat əhəmiyyətlidir[1].[2][3].