Etibar Mehman oğlu Nəcəfov (14 noyabr 1998, Aran, Ağcabədi rayonu – 2020, Qubadlı rayonu) — əsgər, İkinci Qarabağ müharibəsi şəhidi.
Etibar Nəcəfov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 noyabr 1998 |
Doğum yeri | |
Vəfat tarixi | 2020 |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Etibar Nəcəfov 14 noyabr 1998-ci ildə Ağcabədi rayonunun Aran kəndində anadan olub.[1] Əslən Laçın rayonunun Şeylanlı kəndindəndir.
Aran kəndində Laçın rayon Aran kənd ümumi orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 9 illik məktəbi bitirdikdən sonra Ağcabədi rayon Aran kənd 1 saylı tam orta məktəbinə daxil olub və oradan 2016-cı ildə 11-ci sinifi bitirərək məzun olmuşdur.
2017-2018-ci illərdə hərbi xidmət zamanı Xüsusi Təyinatlı Kəşfiyyat Bölmələrində təlimlər keçib.
2020-ci il 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində iştirak etmək üçün könüllü olaraq orduya yazılıb. Oktyabrın 1-dən Cəbrayıl, Füzuli, Zəngilan, və Qubadlı rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Qubadlıda gedən döyüşlərdə şəhid olub.