Şeylanlı — Azərbaycan Respublikasının Laçın rayonu Şeylanlı kənd inzibati ərazi dairəsində kənd.[1]
Şeylanlı | |
---|---|
39°46′16″ şm. e. 46°17′21″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.646 m |
Saat qurşağı | |
Şeylanlı topon XIX əsrin ortalarında Azərbaycanda yaşayan kürd mənşəli şeylanlı tayfasının adını əks etdirir. Qaraçorlu tayfa ittifaqına daxil olan şeylanlılar hələ XVII əsrin əvvəllərindən İrandan gələrək Azərbaycanda məskunlaşmışlar.[2]
Bu ərazi işğal dövründə ermənilər tərəfindən Shrvakan icması adlandırılmışdır.[3]
Erməni mənbələrinin 2014-cü ilə aid olan məlumatına görə kəndə suriyadan gətirilmə 21 ailə yaşayıb.[3]
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edildi.[4] Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.
1932-ci ildə kənddə 4 illik ibtidai məktəb fəaliyyətə başlamışdır. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilmiş İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur.[mənbə göstərin]
Erməni işğalınadək kənd əhalisi etnik kürdlərdən ibarət idi.[mənbə göstərin] Kəndin hazırkı məcburi köçkünlük həyatı yaşayan və əslən kürd olan əhalisinin Şeylanlı tayfası ilə əlaqəsi yoxdur.[mənbə göstərin]
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 670 nəfər olmuşdur.
2021-ci ilin statiskasına görə kəndin əhali sayı 1321 nəfər Ailə sayı 393 05.10.2021
Laçın rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |