İpnari

İpnariGürcüstan Respublikasının Aşağı Kartli diyarının Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. 1 yanvar 2010-cu il vəziyyətinə görə İpnari kənd inzibati-ərazi dairəsinin mərkəzidir.[3]

İpnari kəndi
gürc. სოფელი იფნარი (sopeli ipnari)
იფნარი
41°24′47″ şm. e. 44°09′59″ ş. u.HGYO
Ölkə Gürcüstan
Rayon [[Başkeçid]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.260 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 272 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1710[2]
Xəritəni göstər/gizlə
İpnari kəndi gürc. სოფელი იფნარი (sopeli ipnari) xəritədə
İpnari kəndi gürc. სოფელი იფნარი (sopeli ipnari)
İpnari kəndi
gürc. სოფელი იფნარი (sopeli ipnari)

Kənd rayonun inzibati mərkəzi olan Başkeçid şəhərindən 14 km şimal-qərbdə, Qomaret yaylasında yerləşir.[4]

Kənd 1906-cı ildə alman əsilli köçkünlər tərəfindən salınmış, Valdheym koloniyası adlandırılmışdır.[5][6] 15-30 oktyabr 1941-ci ildə burada məskunlaşmış alman əsilli əhali məcburi şəkildə Qazaxıstana deportasiya olundu.[7] Almanların sürgün edilməsindən bir müddət sonra 5 avqust 1943-cü ildə Valdheym kəndinin adı dəyişdirilərək Kirovisi kəndi adlandırıldı.[4] Gürcüstan prezidentinin 16 noyabr 2010-cu il tarixli 925 nömrəli fərmanına əsasən adı dəyişdirilərək İpnari adlandırılmışdır.[8]

Kənddə 1926-cı ildə 65 təsərrüfatda 310 nəfər əhali yaşayırdı.[9]

17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 481 nəfər (225 nəfəri kişilər, 256 nəfəri qadınlar) əhalinin 96 %-i etnik azərbaycanlılardan ibarətdir.[10][11] 2011-ci ildə təqdim olunmuş digər məlumata əsasən kənd əhalisi hazırda yalnız etnik azərbaycanlılardan ibarətdir.[12]

1 yanvar 2010-cu il tarixinə olan rəsmi təxminə əsasən kənddə 515 nəfər əhali yaşayır.[3]

Hazırda kənddə bir orta məktəb fəaliyyət göstərir.[4][13]

  1. http://census.ge/en/home.
  2. http://www.gpost.ge.
  3. 1 2 დმანისის მუნიციპალიტეტის თვითმმართველობის ვებ გვერდი: დმანისის მუნიციპალიტეტის ინფრასტრუქტურის განვითარების პროგრამა 2010 წელი Arxivləşdirilib 2014-06-22 at the Wayback Machine
  4. 1 2 3 Gürcüstan Milli Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Şurəddin Məmmədlinin müəllifi olduğu və 1997-ci ildə yayınlanmış "Alın yazımız" kitabı əsasında hazırlanmış "Borçalı tarixi" elektron kitabı. səh. 33 Arxivləşdirilib 2012-09-02 at the Wayback Machine
  5. Jakob Hummel: Das Heimatbüchlein der Deutschen in Transkaukasien/Pokrowsk: Nemgosizdat, 1928, s 49
  6. Т. Чернова-Деке (Берлин). Немецкие колонии в Грузии: специфика становления, управления и экономической жизни (1817-1917). стр. 133[ölü keçid]
  7. Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 318
  8. სსიპ "საქართველოს საკანონმდებლო მაცნე": საქართველოს პრეზიდენტის ბრძანებულება №925 2010 წლის 16 ნოემბერი ქ. თბილისი Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine
  9. Зейналова С.М. Немцы на Кавказе. Arxivləşdirilib 2012-12-09 at the Wayback Machine – Издательско-полиграфический центр «Мутарджим» Баку, ул. Р.Рзы, 125. 2008 год, стр. 221
  10. National Statistics Office of Georgia: 2002 წლის სოფლის მოსახლეობის აღწერის მონაცემები Arxivləşdirilib 2018-09-28 at the Wayback Machine
  11. The European Centre for Minority Issues Caucasus: Jonathan Wheatley. Obstacles Impeding the Regional Integration of the Kvemo Kartli Region of Georgia Arxivləşdirilib 2013-11-12 at the Wayback Machine. ECMI Working Paper #23. February, 2005
  12. Региональный Информационный портал Квемо-Картли: Статьи: Дманисские истории[ölü keçid], дата публикации: 22 Jul. '11

    Расположенная над Карабулахи деревня Ипнари находится в ущелье Чатахи. Там еще сохранились старые немецкие дома в готическом стиле, на асфальтированной дороге еще остался след насыпного гравия. На сегодняшний день 100% населения Ипнари – этнические азербайджанцы.

  13. Региональный Информационный портал Квемо-Картли: Справочник по региону: Образование: Школы:[ölü keçid] 3.Публичные школы муниципалитета Дманиси