Etyen Mahçupyan (9 mart 1950, İstanbul) — erməniəsilli Türkiyə jurnalisti, Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun baş məsləhətçisi.
Etyen Mahçupyan | |
---|---|
Doğum tarixi | 9 mart 1950 (74 yaş) |
Doğum yeri | |
Milliyyəti | erməni |
Təhsili | |
Fəaliyyəti | jurnalist, yazıçı |
Etyen Mahçupyan 1950-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub.
Mahçupyan 1972-ci də Boğaziçi Universitetinin kimya mühəndisliyi fakültəsinin məzunu olub və eyni universitetdəki elmi fəaliyyəti sayəsində yüksək dərəcə alıb. Ankara Universiteti siyasi məlumatlar fakültəsinin iqtisad bölməsində də yüksək dərəcə alan Mahçupyan "Radikal" qəzeti və ermənilərin "Aqos" mətbu orqanında çalışıb.
Türkiyənin baş naziri Əhməd Davudoğlu Mahçupyana "Aqil İnsanlar"ın yığıncağında məsləhətçilik təklifini irəli sürüb, Mahçupyan "məmnuniyyətlə" deyərək, təklifi qəbul etdiyini bildirib.
Mahçupyan Türkiyə hakimiyyətində ilk müsəlman olmayan məsləhətçi kimi tarixə düşəcək[1].
Təyinatından az sonra Etyen Mahçupyan ölkə müxalifətini hədəfə alan açıqlamalar verib. Baş müşavir "Axşam" qəzetinə müsahibəsində bildirib ki, Türkiyənin dünyəvilik ideyası ilə yaşayan siyasi çevrələri özlərini ölkənin əsl sahibi hesab edirlər. Türkiyə hökumətinin erməni rəsmisi hakim Ədalət və İnkişaf Partiyasının da (AKP) məsələnin bu yerə çatmasındakı rolundan danışaraq tənqid edib:
"Rəcəb Tayyib Ərdoğanın dili, fikirləri onları bir az da qızışdırdı. Bu kəsim bir az da özünə qapandı. Belə bir məqamda onlar cəmiyyətə daha da yadlaşdılar. AKP özünün xaricindəki sosial təbəqə ilə əlaqə qurmayan bir partiya olduğu üçün onları öz başına buraxdı. Ərdoğanın üslubu dünyəvi kəsimin bəlli bir qrupu tərəfindən asanlıqla həzm edilə biləcək bir tərzdə deyil". Etyen Mahçupyanın qənaətinə görə, AKP bəzi məsələlərdə avtoritar addımlar atsa da, demokratik mövqeyini də ortaya qoyub: "AKP heç zaman nə demokrat olub, nə də avtoritar. AKP-yə opponentlik edənlər də demokrat olmalıdır. Hər iki tərəfdə demokratlar və avtoritarlar mövcuddur".
— Davudoğlunun erməni baş müşaviri hakim partiyanı tənqid etdi[2]