Dəmiroduncaqlı evkalipt (lat. Eucalyptus sideroxylon) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Dəmiroduncaqlı evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Dəmiroduncaqlı evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Vətəni Aralıq dənizi sahilləridir. Təbii halda cənub-şərqi və qərbi Avstraliya, Cənubi Uels və Kvinqled ştatlarında, dəniz səviyyəsindən 200–600 m yüksəklikdə olan yamaclarda yayılmışdır.
Hündürlüyü 18–45 m olan ağacdır. Oduncağı qırmızı, sıx, möhkəm, sərt və sudan ağırdır. Gövdəsinin qabığı sərt, qalın, dəyişkəndir, belə ki, cavan vaхtı gümüşü-boz rəngdə, sonradan tünd qırmızı və ya qara rəngdə olur. Yarpaqları qarşı-qarşıya, cüt, lentvari və ya neştərvari, uzunluğu 4-8 sm, eni 0,5-1,5 sm, açıq boz rənglidir. Yaşlı yarpaqları qalın, oraqvari, dartılmışdır. Keçid dövründə yarpaqları budağın üzərində ardıcıl yerləşən, saplaqlı, neştər formalı, açıq bozumtul rəngli, 6-11 sm uzunluqda, 1-2 sm enində olur. Qönçələri saplaqlı, uzunluğu 12–15 mm, eni 7–10 mm, qapaqcığı konusvari, qısa və köndələn saplarla birləşmişdir. Çiçək çətiri qınlı, çiçəkləri 3-7 ədəd, saplaqları 1-2 sm uzunluqda, qırmızı rənglidir. Meyvələri saplaqlı, formaca yumurtavari və ya dairəvi olub, diametri 8–9 mm, incə diski vardır, qapaqcıqları basılmış haldadır.
Rütubət sevən bitkidir, quru subtropik iqlim şəraitində becərilir.
Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya edilmişdir. Azərbaycanın bir çox bölgələrində mədəni səraitdə becərilir.
Abşeronun yaşıllaşdırılmasında istifadə üçün əlverişlidir.