Çətirvari evkalipt (lat. Eucalyptus tereticornis) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Çətirvari evkalipt | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: ???: Çətirvari evkalipt |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avstraliya qitəsi və yeni Qvineyada yayılmışdır. Avstraliyada şimali Kvinslend, Tambo çayının sahili və Viktoriyanın şərq sahillərində geniş plantasiyaları vardır.
Hündürlüyü 45 m və gövdəsinin diametri 1,8 m olan ağacdır. Gövdəsinin qabığı hamar, ağımtıl-sarı rəngli, xallı, nisbətən sərtləşən və töküləndir. Oduncağı tünd qırmızı, düz təbəqəli, sərt və möhkəm, sudan ağırdır. Yarpaqların uzunluğu 10–20 sm, eni 1,2–2,5 sm, tünd yaşıl, mərkəzi damarlanması dəqiq, yan damarlanması qövsvaridir. Yetkin fərdlərin yarpaqları spiralvari olub, saplaqlı, tünd yaşıl və üst səthi parlaq, damarlanması eynidir. Çiçək çətiri qınlı, silindrik və ya yığcam olub, uzunluğu 10–14 mm-dir. Çətirdə 5–12 çiçək yerləşir, çiçək saplağı 11–15 mm, qönçələri nazik, ayaqcıqları buynuzvari və ya konusvari, uzunluğu 5–11 mm, eni 4–5 mm, qapaqcığı konusvaridir. Çiçək yatağı 1,5–2,5 dəfə borucuqdan uzun, köndələn yerləşmiş paralel məsamələri vardır, vəziləri iri həcmli, yumurtavari olub, tozcuğun arxa sahəsində yerləşir. Tozcuğun saplağı 5–6 mm uzunluqda, 3–4 mm enində, qabarıq, bizvari, enli, çıxıntılı diski vardır. Meyvəsi uzunsov və ya şarvaridir.
Rütubətli sahələrdə, çay kənarlarında, qumluqlarda bitir. İstiyə davamlıdır, günəş şüasına dözür.
Dendrologiya İnstitutunda, Lənkəranda təcrübə sahələrində sınaqdan keçirilmişdir. Bir çox rayonlarda mədəni şəraitdə becərilir.
Tərkibində efir yağı vardır. Tək əkinlərdə istifadəsi məqsədyönlüdür.