Ever Baneqa

Ever Baneqa (29 iyun 1988 Rosario) Argentinalı futbolçu. Hal-hazırda İspaniyanın Sevilya klubunda oynayır.

Klub karyerası[redaktə | mənbəni redaktə et]

Futbola Boka Cuniors'un uşaq məktəbində başlamış, peşəkar futbola isə 2006-2007 mövsümündə başlamışdır. O, Boka Cuniors'un heyətində 28 oyuna çıxsa da, qol vura bilməmişdir. 2008-ci ildə Valensiya ilə razılaşan Baneqa, 2008-2009 mövsümündə icarə əsasında Atletikoya keçmışdir. Burada 24 oyuna çıxmış və 1 dəfə fərqlənmişdir. 2014-cü ildə isə icarə əsasında Nevels Old Boyz da oynamış, 14 oyuna 1 qol vurmuşdur. Lakin elə həmin il Sevilyaya transfer olunmuşdur. O, Sevilyanın heyətində 34 oyuna çıxmış və 3 qol vurmuşdur.