Burqundiyalı Janna (fr. Jeanne de Bourgogne; təq. 1293[1] və ya 1293[2] – 12 dekabr 1349, Paris) — Fransa kralı VI Filippin ilk xanımı, Fransa kraliçası.[4] Fiziki qüsuru səbəbilə yerişində problem vardı və bu səbəblə Topal Janna (fr. Jeanne la Boiteuse) olaraq anılırdı.
Burqundiyalı Janna | |
---|---|
fr. Jeanne de Bourgogne | |
1 aprel 1328 – 12 dekabr 1349 | |
Əvvəlki | Evolu Janna |
Sonrakı | Navarralı Blanş |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1293[1] və ya 1293[2] |
Vəfat tarixi | 12 dekabr 1349 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Anası | Fransalı Aqnessa (Burqundiya hersoqinası)[3] |
Həyat yoldaşı | VI Filipp |
Uşaqları |
II Con Orleanlı Filipp |
Dini | xristianlıq |
Vikianbarda əlaqəli mediafayllar |
Janna Fransa kralı IX Lüdovikin qızı Aqnessa və Burqundiya hersoqu II Robertin ikinci qızıdır. Böyük bacısı Marqarita 1305-ci ildə yenicə Navarra kralı olan I Lüdoviklə evləndirildi. 1313-cü ilin iyulunda isə Janna I Lüdovikin əmisi oğlu Valualı Filipplə evləndirildi.
Fransa kralı IV Filippin oğulları olan X Lüdovik, V Filipp və IV Çarlz geridə oğul varis buraxmadan vəfat etdi. Bu səbəblə, 1328-ci ildə taxt kralın ən yaxın qohumu hesab olunan Valualı Filippin əlinə keçdi. Ancaq taxt üçün mübarizə aparanlardan biri də mərhum kralın bacısı oğlu olan İngiltərə kralı III Eduard idi. Aralarında yaranan sürtüşmələr VI Filippi ingilislərin Fransadakı mülklərinə əl qoymağa, III Eduardı isə Fransadakı taxt mübarizəsinə qoşulmağa məcbur etdi. Beləcə, 1337-ci ildə İngiltərə və Fransa krallıqları arasında Yüzillik müharibə başladı.
Başlayan müharibə səbəbilə VI Filipp mərkəzdən uzaq müddət uzaq qalırdı və bu zamanlarda Janna taxt naibəsi olaraq xidmət etməyə başladı.
12 dekabr 1349-cu ildə Janna vəbadan vəfat etdi. Cənazəsi Sen-Deni bazilikasına dəfn edildi.