Eynəkli kayman (lat. Caiman crocodilus) — timsahlar dəstəsinə, Alliqatorlar fəsiləsinə, Kaymanlar cinsinə daxil olan növ.
Eynəkli kayman | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Eynəkli kayman |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Orta ölçülü, kifayət qədər uzun sifətli alliqatordur. Bu növün yetkin erkəkləri ümumiyyətlə 1,8–2 m uzunluqdadır. Dişiləri isə daha kiçik, təxminən 1,2–1,4 m-dir. Əksər yetkinlərin bədən çəkisi 7 ilə 40 kq arasındadır. Bu növ üçün qeyd olunan maksimum uzunluq 2,2 m-dir. Baxmayaraq ki, 2,5 metrdən uzun və 58 kq-a qədər olan heyvanlar barədə məlumatlar gəzir[3]. Məlum olan ən böyük dişi 1.61 m uzunluğa və 20 kq ağırlığa sahib olmuşdur. Venesuelada yayılmış katmanlar Meksikadakı nümunələrdən daha böyükdür. Bu növün adlarından biri ("eynəkli kayman") eynəklərin konturunu xatırladan gözlərin qırağındakı bir sümük silsiləsinin mövcudluğundan irəli gəlir[4]..
Gənc kaymalar bədənin hər yerində qara ləkələrə sahib olur və bədənlərində sarı zolaqlar olur. Böyüklər zeytuni yaşıldır. Dəri melanofor hüceyrələri tərəfindən təmin edilən rənglərini bir qədər dəyişdirə bilərlər. Beləliklə soyuq havalarda qaralırlar. Kaymanın yarımnövləri rəng, ölçü və kəllə quruluşuna görə dəyişir.
Timsahabənzər kayman alliqatorlar fəsiləsinə daxil olan növlərin hamısından daha geniş areala sahibdir: Beliz, Qvatemala və Meksikadan Peru, Boliviya və Braziliyaya qədər. Yarım növü olan C. c. fuscus Kuba, Trinidad və Tobaqo, Dominikan Respublikası və Puerto-Rikoda introduksiya olunmuşdur. Bu növ kaymanlar duzlu suya olduqca dözümlüdür. Onlar materikə yaxın olan bəzi adalara yaşayırlar: Aruba, Sent Marten, Martinika, Qvadelupa, Baham adaları, Trinidad və Tobaqo və s.
Eynəkli kayman nəmli ovalıqlarda və su hövzələri yaxınlığında yaşamağa uyğunlaşaraq durğun suya üstünlük verir. Üzən eyxorniya bitkilərinin yayıldığı ərazilərdə üstünlük təşkil edirlər. Bu bitki cavan kaymanlara sığınacaq verir və onları uzun məsafələrə və hətta açıq dənizə götürə bilir. Quraqlıq zamanı kaymanlar ümumiyyətlə lilə girib qış yuxusuna gedirlər.
Timsah kaymalarının əsas təbii düşmənləri — iri timsahlar Crocodylus acutus, Crocodylus intermedius və Melanosuchus nigerin sayının azalmasından sonra, bir çox bölgələrdə onların sayı kəskin artmışdır.
Bu kaymanın əsas qidası molyusklar, su xərçəngləri, suda-quruda yaşayanlar, kiçik sürünənlər, kiçik məməlilər və balıqlar təşkil edir. Daha böyük erkəklər bəzən vəhşi donuzlar və ya anakondalar kimi daha böyük onurğalılara hücum edə bilir. Məlum adamyeyənlik halları vardır. Ümumiyyətlə eynəkli kaymanlar çox zəngin pəhrizə sahib olan bir fürsətçi yırtıcıdır.
Kaymanlar Cənubi Amerika tropiklərinin ekoloji sistemində mühüm rol oynayır; sayı azalarsa, balıq populyasiyaları da azalalır. Çaylardakı piranilərin sayını da tənzimləyirlər. Baxmayaraq ki, Paraqvay kaymanı kimi piraniləri yeməkdə belə mütəxəssis deyillər[5].
Kiçik ölçülü və gücsüz olduqları üçün eynəkli kaymanlarının özləri tez-tez yaquar, böyük anakondalar, timsahlar və qara kaymaların qurbanına çevrilirlər.
Erkəklər və dişilər 4 ilə 7 yaşlarında bədən uzunluğu sırasıyla 1,4 m və 1,2 m olmaqla cinsi olaraq yetkinləşirlər. Kaymalarda böyümə sürəti sosial vəziyyətdən asılıdır. Aşağı dərəcəli erkəklər daha yavaş böyüyürlər. Cütləşmə mövsümü maydan avqusta qədər davam edir. Yağışlı mövsümdə (iyul-avqust) dişilər kolluqlar arasında çürüyən bitkilərdən yuvası qurur. 15–40 yumurta qoyurlar. Dişi düşmənləri qovmaq üçün həmişə yuvaya yaxın qalır; bəzən bir yuvada bir neçə dişi yumurta qoyur. Tequ kərtənkələləri kayman yumurtalarını ovlayır. Bəzən yumurtaların 80 %-inə qədərini məhv edə bilirlər. İnkubasiya 90 gün davam edir. Yumurtadan çıxdıqdan sonra balalar ananın yanında bir müddət qalır.
Qarın boşluqlarındakı osteoderm səbəbindən eynəkli kaymanların dərisi işləmək üçün ideal deyil. Paltar üçün yalnız yan tərəfin dərisi uyğun gəlir. Əsasən 1950-ci illərdə digər növlərin məhv edilməsindən sonra bu kaymalar üçün intensiv ov başlanır. Kayman dərisi tez-tez timsah dərisi kimi keçərlidir. Onlar fermalarda da yetişdirilir. Bu heyvanların ovlanmasına və tutulmasına baxmayaraq, əksər ərazilərdə yüksək uyğunlaşma, digər timsah növlərinin insanlar tərəfindən məhv edilməsi və süni su anbarlarının sahəsinin artması səbəbindən populyasiyaları kifayət qədər sabit qalır.
3 yarımnövə bölünür:
Növ sinonimləri: