Füzuli Məcidli

Füzuli Zülfü oğlu MəcidliBeynəlxalq Türk Akademiyasının vitse-prezidenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq, jurnalist.[1] 2013-cü ildən baş qərargahı Kanadanın Monreal şəhərində yerləşən Beynəlxalq Siyasi Elmlər Assosiasiyasının (International Political Science Association) üzvüdür.

Füzuli Məcidli
Füzuli Zülfü oğlu Məcidli
Şəxsi məlumatlar
Doğum tarixi (41 yaş)
Doğum yeri Şatırlı, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Ali
İxtisası Beynəlxalq münasibətlər, siyasi elmlər
Fəaliyyəti siyasətçi

Təltifləri

- Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı

- Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı

- Qazaxıstan Respublikasının “Dostluq” ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2016-2021-ci illərdə qərargahı Qazaxıstanın paytaxtı Astana şəhərində yerləşən Türk Akademiyası Beynəlxalq Təşkilatı (TWESCO) prezidentinin müşaviri olub. 2021-ci ilin oktyabr ayında Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti təyin edilib.

2012-2019-cu illərdə İctimai Televiziya və Radio Yayımları Şirkətinin Mərkəzi Asiya ölkələri üzrə bürosuna rəhbərlik edib.

2019-2021-ci illərdə Azərbaycan Televiziyasının Mərkəzi Asiya bürosunun rəhbəri vəzifəsini icra edib.[2]

Füzuli Məcidli 1982-ci il sentyabrın 15-də anadan olub. 1999-cu ildə Azərbaycan Universitetinin Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub, 2003-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib.

2001-2002-ci illərdə Amerika Hüquqşünaslar Assosiasiyası Mərkəzi Avropa və Avrasiya Hüquq Təşəbbüsləri (ABA CEELİ) layihəsi çərçivəsində insan hüquqları üzrə bir illik kursu uğurla başa vurmuşdur. 2003-2005-ci illərdə Azərbaycan Universitetinin magistraturasında Beynəlxalq iqtisadi münasibətlər üzrə təhsil almış və oranı fərqlənmə ilə bitirmişdir.

Evlidir. İki övladı var.

Füzuli Məcidli və Oljas Süleymanov

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005-ci ildlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə və Hüquq İnstitutunun Beynəlxalq münasibətlər və xarici siyasətin tarixi ixtisası üzrə əyani doktoranturasına daxil olmuşdur. 2007-2010-cu illərdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi olmuşdur. “Qloballaşma və beynəlxalq münasibətlərdə paritetlik problemi” mövzusunda dissertasiya müdafiə edərək, 2014-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Dünyanın müxtəlif ölkələrində onlarla elmi və publisistik məqalələri çap olunumuşdur.[3][4]

Azərbaycan, Türkiyə, Fransa, Avstriya, İsveçrə, Xorvatiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Monqolustanda elmi konfransların iştirakçısı olmuş və məruzələrlə çıxış etmişdir.

İsveçrənin Zuq şəhərində Sülh və Dialoq İnstitutunun “Sülhyaratma, vasitəçilik, münaqişələrin həlli və beynəlxalq mədəni əlaqələr” üzrə kurslarında iştirak edib.

Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı, "Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə” isə Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayevin imzasıyla Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub.

Jurnalist fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1999-cu ildən müxtəlif mətbuat orqanlarında çalışmışdır. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) redaktor, böyük redaktor, şərhçi və şöbə müdiri, büro rəhbəri vəzifələrində işləyib, “Ortaq Məxrəc”, “Rəqəmsal dünya” və “İnformasiya cəmiyyəti” verilişlərinin redaktoru və aparıcısı olmuşdur. Azərbaycan Televiziyasının Mərkəzi Asiya ölkələri bürosunun rəhbəri vəzifəsində çalışmışdır.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Kitablar:

  1. F.Məcidli. Qloballaşma - beynəlxalq münasibətlərdə paritetlik problemi. Bakı, “Elm və təhsil”, - 2015. – 242 s.
  2. Azərbaycan Xalq Cümhuriyyəti – 100. Nur-Sultan, Elm nəşriyyatı. 2019. -288 s. (Qazax dilində)
  3. Qarabağ: Azərbaycanın cövhəri – tarixi, mədəniyyəti, təbiəti. 2020. Elm nəşriyyatı. -256 s. (Qazax dilində)
  4. Mən cahana sığmazam. İ.Nəsimi. Nur-Sultan, Elm nəşriyyatı. 2019. -164 s. (Tərtibatçı: F.Məcidli), (Qazax dilində)
  5. Seçilmiş şeirlər. M.Cumabayev. (Altay, Azərbaycan, başqırd, qazax, qırğız, monqol, rus, özbək, türk dillərində. Azərbaycan dilinə çev.: F.Məcidli). – Astana, Elm nəşriyyatı. 2018. – 126 s.

Elmi Məqalələr:

  1. Azərbaycan və böyük dövlətlərin maraqları. “Azərbaycan və müasir dünya” (IV Ümumrespublika elmi-praktik konfransın materialları), Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı - 2002 s. 303-307
  2. Qloballaşma – birqütblü yoxsa coxqütblü dünya?: ABŞ dünyanın təhlükəsizliyini özünün xüsusi "təhlükəsizlik qanadı" altında görür. Palitra. - 2006.-1 Avqust. - N80. – s. 7 .
  3. Dünyanın vahid mərkəzdən idarə olunması problemi və birqütblü dünya sistemi // “Fəlsəfə və sosial-siyasi elmlər”. - 2010. - N 1 (29). S. 97-107.
  4. Birqütblü dünya sisteminin təhlükəsizlilk və stabillik baxımından təhlili // “Fəlsəfə və sosial-siyasi elmlər”. - 2011. - N 1 (31). S. 110-126.
  5. Qloballaşma və beynəlxalq münasibətlər sistemində paritetik problemi // Elmi əsərlər: AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutu. - 2010. - № 1. - S. 247-253.
  6. Influence of The Globalization on National Cultures // The Caucasus and The World: International Scientific Journal. Tbilisi -2010. № 6. pp. 63–67.
  7. Qloballaşmanın milli strukturlara və idarəetməyətəsiri // “Dirçəliş – XXI əsr” jurnalı. - 2010. - № 9-10 (149-150). - S. 273-281.
  8. Глобализация и развитие религиозных ценностей Ислама // Вестник Башкирского университета, УДК 340, Серия: Гуманитарные науки, № 3. 2011, С. 87-93.
  9. Qloballaşmanın beynəlxalq münasibətlər sisteminə təsiri, güc və aktorların dəyişən təbiəti // “Qloballaşma şəraitində davamlı inkişafın aktual problemləri mövzusunda ümummilli lider H.Əliyevin anadan olmasının 88-ci ildönümünə və müasir Azərbaycan dövlətçiliyinin 93 illiyinə həsr olunmuş beynəlxalq konfransın materialları”. Bakı, “Azərbaycan Universiteti” nəşriyyatı – 2011, s. 119-122.
  10. Тенденции развития отношений между основными силовыми центрами с многополярной призмы // Вестник Московского Государственно Лингвистического Университета, УДК 328. 748. 2964, Выпуск 4 (621). Гуманитарных науки: актуальные вопросы, Москва-2011, с. 51-60.
  11. Küreselleşme, eğitim ve “tek tip insan” // “I. Uluslararası Eğitim Sosyolojisi Sempozyumu” - 10-11 Mayıs 2012. Ankara Universitesi. Bildiri özetleri, s.82-83.
  12. Процесс глобализации – основные подходы и тенденции // Этносоциум и межнационалъная кулътура. Москва - "Этносоциум", Май 2012, № 6 (24), с. 30-43.
  13. "Azərbaycan Cənubi Qafqazda Avropa Birliyinin maliyyə yardımlarından asılı olmayan yeganə dövlətdir". Vətəndaş cəmiyyəti. - 2012. - № 2. - S.42-43
  14. Qloballaşma və islam dini dəyərlərinin inkişafı // Dövlət və Din. - 2009. - N 7/8. - S. 68-73.
  15. Qloballaşmanın milli mədəniyyətlərə təsiri // Dövlət və Din. - 2009. - N 9/10. - S. 153-161.
  16. Qloballaşma və milli strukturların transformasiyası // İpək yolu. Beynəlxalq elmi jurnal. “Azərbaycan Universiteti” nəşriyyatı – № 1 2010, s.40-44.
  17. Türkdilli  dövlətlərin vahid  informasiya  fəzasının formalaşması: tarixi  zərurətdən doğan  reallıq  və gələcəyə baxış. “GLOBAL-Turk” International Journal for Information and Analytics #3-4, International Turkic Academy, Astana - 2017, s. 36-43.
  18. Administration, Foreign Policy and Diplomacy of the Turkic Khaganate. “GLOBAL-Turk” International Journal for Information and Analytics. International Turkic Academy, Nur-Sultan. #3-4/2019.  pp. 50–60

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • 2018-ci ildə Beynəlxalq elmi-humanitar təşəbbüslərin inkişafındakı xidmətinə və səmərəli fəaliyyətinə görə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin “Fəxri fərman”ı ilə təltif edilib.
  • 2020-ci ildə "Qazaxıstan Respublikasının birliyinin gücləndirilməsinə, sülhün və barışın qorunmasına, mədəniyyətin inkişafına böyük töhfələrinə görə” isə Qazaxıstan Respublikasının Qurucu Prezidenti Nursultan Nazarbayevin imzasıyla Qazaxıstan Xalqı Assambleyasının “Birlik” qızıl medalı ilə təltif olunub [7]
  • Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin fərmanı ilə “Dostluq” ordeni ilə təltif edilib. Mükafatı Qazaxıstan xarici işlər nazirinin birinci müavini Şaxrat Nurışev təqdim edib.[8]
  1. "Füzuli Zülfü oğlu Məcidli". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-25.
  2. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  3. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-25.
  4. "Qloballaşmanın beynəlxalq münasibətlər sisteminə təsiri, güc və aktorların dəyişən təbiəti". 2018-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-25.
  5. ""Muzey şəhər Vyana" 2 hissədə". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-25.
  6. ""Muzey şəhər Vyana" 2 hissədə". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-25.
  7. "Majidli - Birlik qızıl medalı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-29.
  8. Akademiyasının vitse-prezidenti Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilib

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]