Füzuli Məmmədov (iş adamı)

Füzuli Məmmədov (Füzuli Məmməd oğlu Məmmədov; d. 9 fevral, 1963, Naxçıvan MSSR, Ordubad) — "İntersever" şirkətlər qrupunun rəhbəridir. Şirkətin rəsmi saytında adı Frenk Naxçıvanski kimi qeyd olunub[1], Dünya Azərbaycanlıları İttifaqının prezidenti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Rusiya Azərbaycanlıları İttifaqının prezidenti[2].

Füzuli Məmmədov
Füzuli Məmməd oğlu Məmmədov
Digər adı Frenk Naxçıvanski
Doğum tarixi (61 yaş)
Doğum yeri Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya Rusiya
Milliyyəti azərbaycanlı
İxtisası Hüquqşunas, İqtisadçi
Təhsili Ali
Fəaliyyəti Biznes, Diaspora
Fəaliyyət illəri 1989–h.h.
Tanınır Biznes, Diaspora

Füzuli Məmmədov 1963-cü ilin, fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub.[3] 1983-cü ildə Naxçıvandan Rusiyaya köçən Füzuli Məmmədov, 1989-cu ildən "İnterserver" şirkətinin prezidenti vəzifəsində çalışır.

Rusiyada yaratdığı biznesini 2014-cü ildən, başda İtaliya olmaqla Avropaya köçürmüşdür. Rusiyadan çıxmasının səbəbi isə, yaxın münasibətdə olduğu Moskva meri Yuri Lujkovun vəzifəsindən çıxması olub.[4]Rusiyada və bir sıra başqa xarici ölkələrdə "Frenk Fond"u fəaliyyət göstərir.[5]

Rusiyada hüquqşünas və iqtisadçi ali təhsili alan Füzuli Məmmədov, siyasi elmlər namizədidir. Hal-hazırda İtaliyada, Berqamo şəhərində yaşayır, 2 övladı var.[4][6]

Evlidir. İki övladı var.

İctimai fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Füzuli Məmmədov, 1988-ci ildə Rusiyada Azərbaycanlıların ilk ictimai təşkilatı olan "Azərbaycan Birliyi" ("Единство Азербайджана") adlı təşkilatın əsasını qoymuşdur. Bu təşkilat Azərbaycanın Rusiyadakı diasporasının əsasını təşkil etdi və bu ölkədə azərbaycanlıların dünyadakı ən böyük diaspora təşkilatı yarandı. 2005-ci ildə, "Beynəlxalq İctimai Birliklər İttifaqı", "Dünya Azərbaycanlıları İttifaqı" və "Ümumdünya Azərbaycan Mədəniyyət Fondu"nu yaratmış, "Avropa Azərbaycanlıları Konqresi"nin birinci vitse-prezidenti seçilmişdir[7].

Füzuli Məmmədov tez-tez xarici mətbuatda Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr yazır. İtaliyanın italianinsider.it saytında 2017-ci il iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində Ermənistan ordusunun açdığı atəş nəticəsində həlak olan 1967-ci il təvəllüdlü sakini Səbinə Quliyeva və 2 yaşlı Zəhra Quliyeva məsələsini gündəmə gətirib.[8]

Füzuli Məmmədov 1994-cü ildən 1997-ci ilə qədər Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb[2].

1996-cı ildə Füzuli Məmmədov Beynəlxalq Xeyriyyə Fondu təsis edib ki, 2005-ci ildən adıçəkilən təşkilat Ümumdünya Azərbaycan Mədəniyyət Fondu kimi fəaliyyət göstərir[2].

Füzuli Məmmədov 1997-ci ildə mərkəzçi və xalq vətənpərvər ittifaqları birliyi kimi "Azərbaycan-XXI əsr" partiyasını yaratmışdır. 1997-ci ildə Bakı və Moskva şəhərlərində nəşr edilən "Azərbaycan – XXI əsr" qəzeti və "Avrasiya xəbərləri" adlı ümumrusiya qəzeti də Füzuli Məmmədov tərəfindən təsis edilmişdir[2].

Diaspor hərəkatı tarixində Füzuli Məmmədovun adı ilk diaspora təşkilatlarından birinin ideya müəllifi və təsisçisi kimi qeyd edilir. O Moskvada 1988-ci ilin 24 noyabrında Azərbaycanlıların ilk diaspor təşkilatı olan "Azərbaycan birliyi"ni yaratmışdır[2].

2019-cu il aprelin 27-də Rusiya Azərbaycanlılarının diaspor təşkilatlarının Birinci Moskva Forumunda təsis edilmiş Rusiya Azərbaycanlıları İttifaqının yekdilliklə prezidenti seçilmişdir[2].

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Bir müddət siyasətlə məşğul olan Füzuli Məmmədov, XX əsrin 90-cı illərində, Azərbaycanda "XXI əsr Azərbaycan" adlı partiyası fəaliyyət göstərib. Lakin sonradan partiya buraxılmışdır.[4]

Xeyriyyə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Füzuli Məmmədov, 2017-ci ilin, may ayında, Heydər Əliyevin doğum gününün 94-cü ildönümü münasibətilə, vətənin bütövlüyü uğrunda döyüşdə sağlamlığını itirən xüsusi təyinatlı gizirlərimiz Natiq Mehdiyev və Ülfət Həsənova[9], həmçinin 2017-ci ilin, fevralın 24-dən 25-nə keçən gecə düşmən hücumunu dəf edərkən şəhid olan mayor Aqşin Abdullayevin və şəhid gizir Sənan İsayevin ailəsinə ev bağışlamışdır. 2018-ci iin, yanvar ayında isə, kapitan Hikmət Məmmədov, müddətdən artıq hərbi qulluqçu Emin Əliyevə ev verilmişdir.[10]

"İNTER SEVER" Səhmdar Holdingi Rusiyada səhmdarlığın inkişafına və xeyriyyəçilik fəaliyyətinə görə "Slava Rossii" və "I dərəcəli Pyotr Veliky" ordenlərinə layiq görülüb.

  1. "interserver.net". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  2. 1 2 3 4 5 6 Rusiya Azərbaycanlıları İttifaqı. "Avtobioqrafik məlumatlar, Füzuli Məmməd oğlu Məmmədov" (az.). raisar.org. 2019-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-15.
  3. "aktual.az". 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  4. 1 2 3 "mybaku.az". 2018-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  5. "musavat.com". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  6. "milli.az". 2016-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  7. "axar.az". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-29.
  8. diaspora.gov.az
  9. "etatist.com". 2017-05-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31.
  10. "musavat.com". 2018-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]