FIFA U-20 Dünya Kuboku (2005-ci ilə qədər FIFA Dünya Gənclər Çempionatı) — FIFA tərəfindən iki ildən bir təşkil edilən futbol turniri.
Turnir 1977-ci ildən FİFA tərəfindən keçirilir və turnirdə yaşı 20-dən aşağı olan futbolçular iştirak edir. FIFA Dünya Gənclər Çempionatı adı ilə başlayan turnir ilk dəfə 1977-ci ildə Tunisdə keçirilib. Əvvəlcə 16 komanda ilə təşkil edilən turnir 1997-ci ildə Malayziya turnirindən sonra 24 komanda ilə təşkil olunmağa başlayıb. 1981-ci il Avstraliya turnirinə qədər oyunlar hər yarısı qırx dəqiqədən ibarət idi.[1]
İl | Ev sahibi | Komanda sayı |
---|---|---|
1977 | Tunis | 16 |
1979 | Yaponiya | 16 |
1981 | Avstraliya | 16 |
1983 | Meksika | 16 |
1985 | SSRİ | 16 |
1987 | Çili | 16 |
1989 | Səudiyyə Ərəbistanı | 16 |
1991 | Portuqaliya | 16 |
1993 | Avstraliya | 16 |
1995 | Qətər | 16 |
1997 | Malayziya | 24 |
1999 | Nigeriya | 24 |
2001 | Argentina | 24 |
2003 | BƏƏ | 24 |
2005 | Niderland | 24 |
2007 | Kanada | 24 |
2009 | Misir | 24 |
2011 | Kolumbiya | 24 |
2013 | Türkiyə | 24 |
2015 | Yeni Zelandiya | 24 |
2017 | Cənubi Koreya | 24 |
2019 | Polşa | 24 |
2023 | Argentina | 24 |