FİFA U-20 Dünya Kuboku

FIFA U-20 Dünya Kuboku (2005-ci ilə qədər FIFA Dünya Gənclər Çempionatı) — FIFA tərəfindən iki ildən bir təşkil edilən futbol turniri.

Turnir 1977-ci ildən FİFA tərəfindən keçirilir və turnirdə yaşı 20-dən aşağı olan futbolçular iştirak edir. FIFA Dünya Gənclər Çempionatı adı ilə başlayan turnir ilk dəfə 1977-ci ildə Tunisdə keçirilib. Əvvəlcə 16 komanda ilə təşkil edilən turnir 1997-ci ildə Malayziya turnirindən sonra 24 komanda ilə təşkil olunmağa başlayıb. 1981-ci il Avstraliya turnirinə qədər oyunlar hər yarısı qırx dəqiqədən ibarət idi.[1]

İl Ev sahibi Komanda sayı
1977  Tunis 16
1979  Yaponiya 16
1981  Avstraliya 16
1983  Meksika 16
1985  SSRİ 16
1987  Çili 16
1989  Səudiyyə Ərəbistanı 16
1991  Portuqaliya 16
1993  Avstraliya 16
1995  Qətər 16
1997  Malayziya 24
1999  Nigeriya 24
2001  Argentina 24
2003  BƏƏ 24
2005  Niderland 24
2007  Kanada 24
2009  Misir 24
2011  Kolumbiya 24
2013  Türkiyə 24
2015  Yeni Zelandiya 24
2017  Cənubi Koreya 24
2019  Polşa 24
2023  Argentina 24
  1. "U20 Dünya Çempionatının tarixindən maraqlı faktlar". Sporx.com.