Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Fəhmin Hacıyev (23 aprel 1959, Ucar) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı (1992–1993).
Fəhmin Hacıyev | |
---|---|
22 may 1992 – 16 iyun 1993 | |
Əvvəlki | Rafiq Ağayev |
Sonrakı | Ramiz Məmmədov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 aprel 1959 (65 yaş) |
Doğum yeri | |
Partiya |
|
Fəaliyyəti | siyasətçi, zabit |
Hərbi xidmət | |
Xidmət illəri | 1992—1993 |
Mənsubiyyəti | Daxili İşlər Nazirliyi |
Qoşun növü | Daxili Qoşunlar |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Fəhmin Əhmədpaşa oğlu Hacıyev 1959-cu il aprelin 23-də Ucar şəhərində anadan olub.
1988-ci ildən Azərbaycan Xalq Cəbhəsinin (AXC) fəal üzvü olub. AXC Hərbi Çağırış üzrə Komissiyasının sədri olub.
1990-cı ilin 20 yanvar hadisələrindən sonra həbs edilib. 9 ay müddətində əvvəlcə Lefortovo həbsxanasında, sonra isə Bayıl həbsxanasında saxlanılıb.
Azərbaycan Ali Sovetinin sədri İsa Qəmbərin 22 may 1992-ci il tarixli Sərəncamına əsasən Fəhmin Hacıyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanı vəzifəsinə təyin edilib. 1993-cü il iyunun 16-da isə həmin vəzifədən azad olunub.
Daxili Qoşunlarının Komandanı vəzifəsindən azad olunandan sonra Fəhmin Hacıyev İstanbul şəhərinə mühacirətə gedib, bir müddət sonra isə Azərbaycanın tələbi ilə həbs edilib. 2004-cü il mayın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən əfv olunub.
2004–2011-ci illərdə Müsavat Partiyasının, 2011-ci ildən 2013-cü ilədək isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur.[1]