Fərşid Rostami (idmançı)

Fərşid Rüstəmi (7 iyul 1985, Zəncan) – Peşəkar boksda WBCA dünya kəmərinin sahibidir.

Fərşid Rüstəmi
Şəxsi məlumatlar
Doğum tarixi 7 iyul 1985(1985-07-07) (38 yaş)
Doğum yeri

Həyatı[redaktə | mənbəni redaktə et]

Fərşid Rüstəmi 7 iyul 1985-ci ildə İranın Zəncan şəhərində anadan olub. Rio Olimpiyadasına Dünya Boks Federasiyasının (AIBA) prezidenti tərəfindən dünyanın tanınmış peşəkar bokusçular sırasında dəvət olunmuşdur.

İdmana uşaqlıq illərində giminastika idman növü ilə başlamışdır. Sonradan atasının idman növü olan boksa üzv gətirilmişdir. Az vaxt ərzində  İranın yeni yetmə və sonra gənclər yığmasına dahil olunmuşdur.

Müxtəlif nailiyyətlər qazandıqdan sonra kişilər arasında Pakistan ölkəsində keçirilən Asiya çemiyonatının 1-ci fəxri kürsüsünə nail olunmuşdur. Azərbaycana sevgisi olduğu üçün bu ölkəyə gəlmiş və uğurlarını burada davam etdirmişdir.

Yığma komandanın baş məşqçisi Nəriman Abdullayevin keçirdiyi telim,meşq toplantılarında müxtəlif beynəlxalq turinirlərdə (Türkiyyə cumhuriyyəti ve Ənvər Çodri) yaxsi nəticələr əldə etmişdir.

Fərşid Azərbaycan boks yığmasında 64kq çəki dərəcəsində London Olimpiyadasına vəsiqə qazanan favoritlərdən 1-i sayılırdı.Lakin qəza nəticəsində bu şansı əldən verdi və onun çəkisində Heybətulla Hacıəliyev bu vəsiqəni  qazandı.

Lakin bunlara baxmayaraq Fərşid 1 daha öz uğurlu dövrünə ayaq basdı. O,bu dəfə 2016-cı il Fariz Məmmədovun doyüşündən öncə ilk dəfə peşəkar boksda özünü sınadı.Və 2-ci raundda rəqibini məğlub etdi.Həmən il Almaniyanın Hamburg şəhərində keçirilən yarışda 4-cü raundda Belarus idmançısını nakaut edib və Heydər Əliyev kəmərinə sahib olub. 2017-ci ildə Azərbaycanın Mingəçevir şəhərinde keçirilən WBCA kəməri uğrundaki yarşıda Gürcü rəqibi ile qarşılaşıb.Ve 12 raundluq döyüşün  4-cü raundunda  rəqibini nakaut edərək bitirdi.

Fərşid Rüstəmi həmin döyüşü Erməni təxribatı nəticəsində Alxanli kəndində şəhid olmuş Zəhraya həsr etmişdir. Fərşid Azərbaycanda yaşadığı illər ərizində Milli Olimpiyanın prizidenti ,Azərbaycan Respubilikasının prizidenti İlham Əliyevin, Azərbaycan boks Federasiyasının prizidenti Kəmaləddin Heyderovun,İdman və Gənclər naziri Azad Rəhimovun sevimlilərindən birinə çevrilmiş və dəfələrlə mükafatlarla təltiv olunmuşdur. Həmçinin atdiğı addımlar nəticəsində Azərbaycan xalqi tərəfindən yüksək  qiymətləndirilmişdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

https://azertag.az/xeber/Mingechevirde_iki_yasli_Zehranin_xatiresine_hesr_edilen_pesekar_boks_yarisi_kechirilib-1080425

https://www.gunaz.tv/az/xeberler/guney-azerbaycan-1/video-gunaztv-june-28-2019-boks-uzre-dunya-qehremani-azerbaycanli-fersid-rustemi-ve-telefonlar-117357 Arxivləşdirilib 2020-07-08 at the Wayback Machine

http://sportarena.az/news/51503

https://www.unikal.org/news/169002

http://boxrec.com/en/boxer/747008