Fərhad Kərimov

Fərhad Əsgər oğlu Kərimov (11 dekabr 1948, Moskva22 may 1995, Naji-Yurt rayonu, Çeçenistan) — azərbaycanlı hərbi jurnalist və teleoperator. Dağlıq Qarabağ, Gürcüstan, Tacikistan və Çeçenistanın döyüş zonalarında hazırladığı reportajların müəllifidir.

Fərhad Kərimov
Fərhad Əsgər oğlu Kərimov
Doğum tarixi 11 dekabr 1948(1948-12-11)
Doğum yeri
Vəfat tarixi 22 may 1995(1995-05-22) (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüş zamanı qətlə yetirilib
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Fəaliyyəti jurnalist
operator
fotoqraf
Mükafatları Rori Pek adına mükafat

Fərhad Kərimov 11 dekabr 1948-ci ildə Moskva şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bir müddət Azərbaycan Milli Elmlər Akademiyasında çalışmışdır.

O, 1987-ci ildən peşəkar jurnalistika fəaliyyətinə başlayır. İlk vaxtlar "Molodyoj Azerbaydjana" qəzetində müxbir kimi çalışıb. 1991-ci il, 1 oktyabr tarixindən Turan informasiya agentliyində informasiya şöbəsinin redaktoru vəzifəsini tutmuşdur. 1992-ci ildən RöyterAssoşieyted Press agentlikləri ilə əməkdaşlığa başlamışdır. 1992–1994-cü illərdə Qarabağ müharibəsinin ən qaynar bölgələrindən videosüjetlər hazırlamışdır. O, həmçinin, Gürcüstan və Tacikistandakı müharibə zonalarından bir çox reportajların müəllifi olmuşdur.

Çeçenistan müharibəsi

[redaktə | mənbəni redaktə et]

Çeçenistanda gedən müharibə zamanı hazırladığı reportajlar ona dünya şöhrəti gətirdi. O, döyüş bölgələrində olan dəhşəti çox böyük ustalıqla lentə alaraq bütün dünyaya çatdırmağı bacarmışdı.[1] 1994–1995-ci ildə apardığı çəkilişlər Çeçenistanda baş verənlərin beynəlxalq ictimaiyyətə dolğun şəkildə çatdırılmasında mühüm rol oynamışdır.

Fərhad Kərimov 1995-ci il mayın 21-də Çeçenistanda çeçen üsyançılar tərəfində xidməti vəzifəsini yerinə yetirərkən naməlum şəraitdə güllələnərək həlak olmuşdur. Onun cəsədini mayın 22-də yerli sakinlər tapmışdır. Bir neçə gün sonra isə qardaşı tərəfindən cəsədə baxış zamanı onun Fərhad Kərimov olduğu rəsmi şəkildə təsdiq edilmişdir. Fərhad Kərimov Qroznı şəhərindən 44 km cənub istiqamətdə yerləşən Nojayurd rayonunun Şuan kəndində dəfn olunmuşur. Yalnız üç ildən sonra Fərhad Kərimovun dostlarının köməyilə onun cənazəsi vətənə gətirilərək Xırdalan qəbirstanlığında, atasının yanında yenidən torpağa tapşırılmışdır.

1995-ci ildə Fərhad Kərimov silahlı münaqişə zamanı öldürülmüş jurnalist Rori Pek adına təsis edilən müfakata layiq görülür.[2]

1996-cı ilin mayında Fərhad Kərimovun adı 934 şəhid jurnalistin şərəfinə Vaşinqtonun Arlinqton milli qəbiristanlığında ucaldılmış memorial abidəyə həkk olunmuşdur.

  1. "Fərhad Kərimovun "Birinci çeçen müharibəsi"ndən fotoları". 2007-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.
  2. "rorypecktrust.org saytındakı şəhid jurnalistlərin siyahısı". 2013-05-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]