Fərhad Astan oğlu Səmədov (d. 23 aprel 1959, Qardabani, Gürcüstan SSR, SSRİ) — Başqırdıstan Respublikası baş Nazirinin müavini[1]. Rusiya Federasiyasının fəxri kimyaçısı. Texnika elmləri namizədi.
Fərhad Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Fəaliyyəti | siyasətçi |
Fərhad Astan oğlu Səmədov 23 aprel 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub[2].
Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib[2]. Texnika elmləri namizədidir[2].
Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb[2].
1994–1998-ci illərdə "Eksimer" Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub[2].
2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan "Kaustik" QSC-yə, "Soda" ASC-yə rəhbərlik edib[2].
Daha sonra "Birləşmiş neftkimya şirkəti"nin prezidenti olub[2].
2016-cı ilin yanvarında Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub[2]. O, bu vəzifədə Başqırdıstan Respublikasının sənaye, innovasiya proseslərinə, informasiya texnologiyalara nəzarət edir[2].
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |