Fərhad Qurban oğlu Xəlilov (26 oktyabr 1946, Bakı) — Azərbaycan rəssamlıq məktəbinin nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan Rəssamlar İttifaqının sədri (1987-ci ildən).
Fərhad Xəlilov | |
---|---|
Vəzifədədir | |
1987-ci ildən | |
Əvvəlki | Yusif Hüseynov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 oktyabr 1946 (78 yaş) |
Doğum yeri | |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi S. Q. Stroqanov adına Moskva Dövlət İncəsənət və Sənaye Akademiyası Moskva Poliqrafiya İnstitutu |
Fəaliyyəti | rəssam |
Atası | Qurban Xəlilov |
|
|
Təltifləri |
|
farhadkhalilov.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Fərhad Xəlilov 26 oktyabr 1946-cı ildə anadan olub. 23 saylı orta məktəbdə təhsil almışdır. İlk peşə təhsilini 1961–1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində almışdır. Daha sonra o, 1966–1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində və 1969–1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda öz təhsilini davam etdirmişdir.[1] Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlamışdır.[2]
F. Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuş, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilmişdir. 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.[3][4]
Rəssamın yaradıcılığında Abşeron motivləri əhəmiyyətli yer tutur. Çimərliklər və Abşeron görüntüləri, həmçinin Abşeron yarımadasının yaşayış məntəqələri — Nardaran, Buzovna, Zağulba, Maştağa, Mərdəkan və başqaları buna misal ola bilər.[5]
Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində, həmçinin müxtəlif qalereya və sərgilərdə nümayiş etdirilmişdir.