Fərhad İslam oğlu Xubanlı — pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor.[1]
Fərhad Xubanlı | |
---|---|
Fərhad İslam oğlu Xubanlı (Xubanov) | |
Doğum tarixi | |
Doğum yeri | Muğanlı, Saqareco rayonu, Gürcüstan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | pedaqoji elmlər üzrə fəlsəfə doktoru |
Elmi adı | professor |
Təhsili | Gəncə Dövlət Pedaqoji İnstitutu |
Mükafatları | "Metodist-müəllim" |
1950-ci ildə 25 oktyabrda Gürcüstanın Saqareco rayonunda) Qaraçöp mahalının Muğanlı (Yor Muğanlı) kəndində anadan olub.
1967-ci ildə doğulduğu kənddə orta məktəbini bitirib. 1967-1971-ci illərdə Həsənbəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsində təhsil alıb.
1971-ci ildə ali təhsilini bitirdikdən sonra əvvəlcə təyinatla Balakən rayonunun Qazmalar kəndindəki 2 №-li orta məktəbdə müəllim işləyib. 1974-cü ildə Lənbəli kənd orta məktəbinə direktor müavini təyin edilib. O ,1993-2008-ci illərdə Az-nin Müəllimlər İnstitutunun Qazax filiyalinda S.S. Orbeliani adina Tbilisi Dovlət Pedaqoji Universitetinin Marneuli filiyalinda dekan işləmişdir. Sonralar 2010-2012-ci illərdə H.Əliyev adina Gürcüstan - Azərbaycan Humanitar Universitetinin professoru kimi fəaliyyət göstərmişdir. Hal-hazırda doğulduğu kənddə elmi-tedqiqat işini davam etdirir.
1979-cu ildən Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun qiyabi aspiranturasında təhsil alıb. " Ədəbiyyatdan falultativ məşğələlərin təşkiki və şagirlərib ədəbi biliyinin dərinləşməsinə onun təsiri"- mövzusunfa dissertasiya müdafiə edərək pedaqoji elmi namizəd adını alıb.
Fərhad Xubanlı həm də Gürcü və Azərbaycan xalqları arasındakı dostluq münasibətlərinin inkişafına revac verən səmimi məqalələrin də müəllifidir. O, Ş.Həmidovanın XVIII əsrin ikinci yarısında Azərbaycan Gürcüstan münasibətlərinin tarixindən (Elm nəşriyyatı, Bakı, 1985) kitabı haqqında yazdığı "Dostluq" münasibətlərinin tədqiqi və "Görkəmli ictimai xadim, vətənpərvər şair-İ.Çavçavadze-175" məqalələrində dostluq münasibətlərinin inkişafı tarixindən fərəh duyğusu ilə söhbət açmışdır.
Zəlimxan Yaqub yaradıcılığı tərbiyə anlamında” (monoqrafiya 1998), “Xəlil Rza Ulutürk yaradıcılığında əxlaqi-mənəvi motivlər (metodik vəsait, 2002), “Bəxtiyar Vahabzadə yaradıcılığı və şagirdlərin milli ruhda tərbiyəsi məsələləri” (metodik vəsait, 2005), “Söz ömrü” (məqalələr toplusu, 2015), “Şagirdlərin milli-mənəvi tərbiyəsində çağdaş poeziyanın roluna bir nəzər” (medodik vəsait, 2019) kitabları və tədris proqramları işıq üzü görüb. Onun həyat və yaradıcılığı haqqında N.Əbdülrəhmanlının “Ömrün müdriklik çağı. Dr. F.Xubanlı – 60” (2010) kitabı nəşr olunub.