Fərid Əsgərov

Fərid Əsgərov (21 may 1996, Qaçaqkənd, Neftçala rayonu4 noyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Fərid Əsgərov
Fərid Ərəstun oğlu Əsgərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1996(1996-05-21)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 2020(2020-11-04) (24 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Ərəstun Əsgərov
Anası İlkanə Əsgərova
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Xidmət illəri 2017–2018
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi (2020)
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Füzulinin azad edilməsi
 • Qubadlının azad edilməsi
Təltifləri "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Vətən uğrunda" medalı — 2020

Fərid Əsgərov 21 may 1996-cı il tarixində Neftçala rayonunun Qaçaqkənd kəndində hərbçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Fərid Əsgərov 2017-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidmətini Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət etmişdir. 2018-ci ildə xidmətini başa vurmuşdur. Fərid AzərbaycanErmənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı könüllü olaraq ordu sıralarına yazılmışdır. 3 oktyabr 2020-ci il tarixində döyüşlərə qatılmışdır. Füzuli, Cəbrayıl, ZəngilanQubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov 4 noyabr 2020-ci il tarixində Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Fərid Əsgərov Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunmuşdur.[1]

  1. ""Dedi ata, dünən dostum şəhid oldu, sabah mən şəhid ola bilərəm, özünə dərd etmə..."" (aze). 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.
  2. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (aze). 2020-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.
  3. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (aze). 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.
  4. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (aze). 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2021.