Fəxrəddin ər-Razi

Fəxrəddin Əbu Abdullah Məhəmməd ibn Ömər ər-Razi, daha çox Fəxrəddin ər-Razi (ərəb. فخرالدین الرازی‎ kimi tanınır; hicri 1149, Rey — hicri 1209, Herat) — əşirət qələminin tanınmış nümayəndəsi, altıncı mücəddid. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. Yarımçıq olan məşhur Məfatih əl-qayb təfsiri ona məxsusdur. Bu təfsiri o, mutazilit əz-Zəmaxşarinin təfsirinə cavab olaraq yazmışdır.

Fəxrəddin ər-Razi
Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ər-Razi
Digər adları Fəxrəddin, ibn əl-Hatib
Doğum tarixi
Doğum yeri Rey, İran, Abbasilər xilafəti
Vəfat tarixi
Vəfat yeri Herat, Əfqanıstan, Quri Sultanlığı
Atası Ömər əl-Hüseyn ər-Razi
Dini İslam, Şafiilik
Fəaliyyəti filosof, riyaziyyatçı, üləma, astronom

Tam adı Əbu Abdullah Məhəmməd ibn Ömər əl-Hüseyn ət-Taymi əl-Bəkri ət-Təbaristani Fəxrəddin ər-Razi olan filosof 1149-cu ildə Reydə anadan olmuşdur. Atası Rey şəhərinin hatibi olmuşdur. Buna görə də onu İbn əl-Hatib (hatibin oğlu) deyə çağırmışlar. Şafi fiqhi, üsul əl-fiqh sahəsində ilk təhsilini atasından və əl-Kamal əs-Simnanidən almışdır. Fəlsəfəni isə Məcduddin əl-Cilidən öyrənmişdir.

Ər-Razi Orta Şərq şəhərlərini gəzib dolaşmışdır. Quri sultanlığında və Xarəzmşahlar dövlətində sarayda xidmət etmişdir. O, Heratda mədrəsə qurmuş və həyatının son illərini elə bu mədrəsədə keçirmişdir.

  • Məfatih əl-qayb
  • Əsas ət-təqdis fi ilm əl-kəlam
  • Cəmi əl-ölüm
  • Ər-Risalə əl-kəmaliyə fi-l-həqaik əl ilahiyə
  • Cahardaq risalə
  • Əl-Məbahis əş-şərqiyə
  • Lübub əl-işarət
  • Əl-Ərbain fi üsul əd-din
  • Etiqadat firəq əl-müslimin va-əl-müşrikin
  • Mühəssəl əfkar əl-mütəqəddimin da-l-Mütəahhirin
  • Наймов Н. Фахриддин Рази. // Из философского наследия народов Ближнего и Среднего Востока. — Ташкент, 1972, — С. 199—233.
  • Кулматов Я. Фахриддин Рази. — Душашбе, 1980.