Fəxrəddin Altun (11 sentyabr 1976, Ştutqart) — Türk bürokrat, akademik və sosiologiya professoru.[1]
Fəxrəddin Altun | |
---|---|
Doğum tarixi | 11 sentyabr 1976 (48 yaş) |
Doğum yeri |
|
İş yerləri | |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
11 sentyabr 1976-cı ildə Almaniyanın Ştutqart şəhərində anadan olub. 1998-ci ildə İstanbul Universitetinin Sosiologiya Bölməsini bitirib. 2014 ilə 2018 arasında SETA İstanbul Baş Koordinatoru və Baş Koordinator Köməkçisi vəzifələrini icra etmişdir. İbn Xaldun Universitetinin Rabitə fakültəsinin dekanı olmuşdur.
25 iyul 2018-ci il tarixində Mətbuat və İnformasiya Ümumi Müdirliyinin Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinə çevrilməsindən sonra idarə rəisi vəzifəsinə təyin edilmişdir[2]