Fəxrəddin Mustovfi — İran dövlət xadimi. O, Qəzvinin Mustovfi soyundan olmuş və Elxanlı hakimiyyətinin erkən illərində yaşamışdır. Mustovfi tarixçi və coğrafiyaşünas Həmdullah Qəzvininin yaşca böyük əmisi oğlu idi.[1]
Fəxrəddin Mustovfi | |
---|---|
Elxanlı sahibi-i divanı | |
1284 – 1286 | |
Əvvəlki | Şəmsəddin Cüveyni |
Sonrakı | Cəlaləddin Simnani |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | 1290 |
Fəaliyyəti | dövlət xadimi, vəzir |
Həmdullah Qəzvininin yazdığına görə, Fəxrəddin Mustovfinin Elxanlı hakimiyyəti dövründə uğurlu karyerası olmuşdur. O, əvvəlcə Anadolu padşahlığı dövründə Keyxatu xanın sahibi-i divanı (maliyyə naziri, vəziri), daha sonra Arqun xanın (1284–1291-ci illərdə hakimiyyətdə olmuşdur) dövründə bürokrat kimi xidmət etmişdir.[1] O, Arqunun ətrafındakı müşavirlər dairəsinin tərkibində Elxanlı sahibi-i divanı Şəmsəddin Cüveyninin süqutunda rol oynamışdır. O, Arqunu Şəmsəddini atası Abaqa xanın (1265–1282-ci illərdə hakimiyyətdə olmuşdur) zəhərləmək ittihamı ilə mühakimə etməyə inandırmışdır.[2] 16 oktyabr 1284-cü ildə Şəmsəddin edam edilmiş və Fəxrəddinin sahibi-i divan vəzifəsi bərpa edilmişdir.[3]
Buna baxmayaraq, 1286-cı ildə onu Cəlaləddin Simnani əvəz etmiş və o, Anadolu padşahlığına göndərilmişdir.[3] Həmin il Fəkrəddin nifrət dolu böhtanlarla Şəmsəddinin oğlu Şərəfəddin Harun Cüveyninin edamına təhrik etmişdir.[4] Fəxrəddin Mustovfi özü 1290-cı ildə edam edilmişdir. Bunun təhrikçisi, buna böhtanlarla nail olan yeni sahib-i divan Sədəddövlə idi. Bu, Mustovfi ailəsinin düşmənçiliyinə səbəb olmuşdur.[5][6]