Fəxri Kazımov

Fəxri Xanhüseyn oğlu Kazımov (23 oktyabr 1970, Bakı) — Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru.

Fəxri Kazımov
Fəxri Xanhüseyn oğlu Kazımov
bayraq
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri
bayraq2
2017 – indiyə qədər
Şəxsi məlumatlar
Doğum tarixi (54 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti bank meneceri[d]
Atası Xanhüseyn Kazımlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • Fəxri Kazımov (Fəxri Xanhüseyn oğlu Kazımov) 23 oktyabr 1970-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.[1]
  • 1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1994–1995-ci illərdə İstanbul Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunda aspirant təhsili almışdır.
  • 1993–1995-ci illərdə Azərbaycan Respublikasının kommersiya banklarında çalışıb.
  • 1995-ci ildə Azərbaycan Respublikası Milli Bankı Pul-kredit siyasəti departamentinin makroiqtisadi şöbəsində baş iqtisadçı vəzifəsində işləyib.
  • 1995–2000-ci illərdə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti Sədrinin baş müşaviri vəzifəsində çalışıb.
  • 2000–2002-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Daxili Audit departamentinin direktoru vəzifəsində işləmişdir.
  • 2002–2008-ci illərdə Azərbaycan Respublikası Milli Bankının İdarə Heyəti Sədrinin Ofisinin rəhbəri, daha sonra Milli Bankın İcra Aparatının rəhbəri vəzifəsində çalışıb.
  • 2008–2016-cı illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun İcraçı direktoru vəzifəsində çalışmışdır.
  • 2016-cı ilin avqust ayının 5-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib.
  • 2017-ci ilin dekabr ayının 25-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin Sədri vəzifəsinə təyin olunub.
  • 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.
    F. Kazımov 1 monoqrafiya və 15-dən çox elmi məqalənin müəllifidir.
  • 1995-ci ildən etibarən ABŞ, Almaniya, İngiltərə, Fransa, Yaponiya və digər inkişaf etmiş ölkələrdə iqtisadi nəzəriyyə, maliyyə və bank işi üzrə beynəlxalq maliyyə təşkilatları tərəfindən təşkil olunan seminar və konfranslarda məruzəçi və dinləyici kimi iştirak etmişdir.

Ailəlidir, iki övladı var.

İngilis, rustürk dillərində danışır.

  1. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Prezidentin sədr təyin etdiyi Fəxri Kazımov kimdir? - DOSYE". https://azvision.az (az.). 2017. 2024-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.