Fabiano Karuana

Fabiano Karuana (it. Fabiano Luigi Caruana, 30 iyul 1992, Mayami, ABŞ) — Amerika şahmatçısı, qrosmeyster (2007). 2005-ci ilə qədər ABŞ-ni, 2005–2015 arası İtaliyanı və 2015-ci ildən sonra yenə ABŞ-ni təmsil edir.

Fabiano Kariana
it. Fabiano Luigi Caruana
Fabiano 2013-ci ildə
Fabiano 2013-ci ildə
Ölkə ABŞ ABŞ
İtaliya İtaliya
ABŞ ABŞ
Doğum tarixi (32 yaş)
Doğum yeri Mayami (Florida) ABŞ ABŞ
Yaşadığı yer ABŞ ABŞ
Titulu qrosmeyster
Son reytinqi 2823 (Noyabr 2016)
Maksimal reytinqi 2844 (noyabr 2014)
FİDE nömrəsi 2020009
caruanachess.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

15 iyul 2007-ci ildə Karuana 14 yaşında ikən qrosmeyster titulunu aldı – bu, onu həm Birləşmiş Ştatlar, həm də İtaliya tarixində ən gənc qrosmeyster etdi (onun ABŞ rekordu 2009-cu ilin oktyabrında Rey Robson tərəfindən qırıldı). 2014-cü ilin oktyabrında Fabiano 2844 Elo əmsalına nail oldu və tarixdə üçüncü ən yüksək əmsallı oyunçu oldu.

Fabiano Karuana 30 iyul 1992-ci ildə Mayamidə anadan olub. ABŞ və İtalyanın vətəndaşıdır.

4 yaşı olarkən valideynləru Mayamidən Bruklinə köçüblər. Şahmat istedadı beş yaşında kəşf olunub və həmin il ilk turniri Kuinsdə yerləşən Polqar Şahmat Mərkəzində olub

12 yaşına qədər ABŞ-də yaşayıb və oynuyub, AvropayaCənubi Amerikaya turnirlərdə iştirak etmək üçün səyahət edib.

İlk məşqiçisi (6 yaşından 8 yaşına qədər) idman ustası Bruce Pandolfini, daha sonra qrosmeyster (8 yaşından 20 yaşına qədər) Miron Sher olub.

2004-cü ildə ailəsi ilə birlikdə peşəkar şahmat karyerasını davam etdirmək üçün Bruklindən Madridə gəlir. 2005-ci ildən 2015-ci ilə qədər İtaliya tmsil edir. Madriddə beynəlxal usta Boris Zlotniklə məşq edir. 2007-ci ildə Budapeştə köçür və burda qrosmeyster Alexander Chernin məşqiçisi olur. 2010-cu ildə Luqanoya (İsveçrə) gəlir və qrosmeyster Vladimir Chuchelovla məşq edir.

Karuana həm İtaliyta , həm də ABŞ vətəndaşı olmaqla İtaliya Şahmat Federasiyası və ya ABŞ Şahmat Federasiyası arasında FİDE mənsubiyyəti seçimi hüququna malikdir. Karuana 2005-ci ildən 2015-ci ilədək İtaliyanı təmsil etmişdir. 2015-ci il mayın 12-də BŞŞF (USCF) elan etdi ki, Karuana federsiyanı dəyişir və artıq yarışlara ABŞ təmsilçisi olaraq qatılacaqdır.

İyul: Karuana Budapeştdə "Birinci Şənbə" qrosmeyster turnirində qalib oldu və 9 oyundan 7 xal topladı. Son qrosmeyster normasını yığdı (14 yaş, 11 ay, 20 gün), Karuana Birləşmiş Ştatların və İtaliyanın ən gənc qrosmeysteri oldu. Hikaru Nakamuranın Birləşmiş Ştatlar rekordunu üstələdi.

Avqust: Hollandiyada keçirilən Vlissingen şahmat turnirində rəqibi keçmiş dünya çempionu Rüstəm Qasımcanov idi. Karuana qara fiqurlarla oynayırdı, 82-ci gedişdə heç-heçə oldu və 2715 reytinqlə turnirin qalibi oldu.

Noyabr-Dekabr: Karuana İtaliya Çempionatında iştirak etdi. Öncəki il o, İtaliya çempionatında birinci yeri Michele Godena ilə bölüşdürmüşdü. Bu il isə +8 (9½/11) nəticəsi ilə qalib gələrək İtaliya tarixində ən gənc çempion oldu.

Noyabr: Karuana Rusiyanın Xantı-Mansi şəhərində keçirilən Dünya Kubokunda iştirak etdi. İlk iki raundda o, Kubalı qrosmeysterlər Lázaro Bruzón və Leinier Dominguezi məğlub etdi, üçüncü raundda Rusiyalı Evgeny Alekseevə qalib gəldi; dördüncü raundun sürətli oyununda Vüqar Həşımova (Elo 2759 və dünya yeddincisi) məğlub oldu. Bu yarışda 2675 Elo əmsalına nail oldu.

Yanvar: Veyk-an-Zeydə keçirilən 74-cü Tata Steel A turnirində (əvvəllər Corus turniri kimi tanınırdı) Maqnus KarlsenTeymur Rəcəbovla birgə yarışı ikinci yerdə başa çatdırdı.

Mart: İslandiyada Reykjavik Open turnirində o, 7½/9 nəticəsi ilə birinci oldu.

Aprel: İsveçrənin Zuq şəhərində "FIDE Grand Prix 2012–2013-cü illər seriyası"-nın üçüncü mərhələsində 11 oyunda 6 xal toplayaraq Karuana qalib — Veselin Topalov və ikinci yerin sahibi Hikaru Nakamuradan sonra üçüncü yeri Ruslan Ponomariovla bölüşdürdü.

May–İyun: Yunanıstanın Saloniki şəhərində keçirilən "FIDE Grand Prix 2012–2013-cü illər seriyası"-nın dördüncü mərhələsində Karuana yarışın qalibi Layner Dominqezdən sonra ikinci yeri Gata Kamsky ilə bölüşdürdü.

Sentyabr–Oktyabr: Parisdə keçirilən "Altıncı FIDE Grand Prix" turnirində 9 oyunda 5 xal toplayaraq Karuana birinci yeri Boris Gelfandla bölüşdürdü. Layner Dominqezə qarşı final oyunda Karuana turnirin qalibi olmaq və Namizədlər turnirinə vəsiqə almaq niyyəti ilə qara fiqurlarla qalib gəlməli idi, lakin o oyun heç-heçə başa çatdı.

Oktyabr: Karuana 8 oyunda 5 xal toplayaraq Rumıniyanın Buxarest şəhərində keçirilən "7-ci Kral turniri"-nin qalibi oldu.

Aprel: Azərbaycanın Şəmkir şəhərində keçirilən, Vüqar Haşımovun xatirəsinə həsr olunmuş Şəmkir Beynəlxalq Şahmat Turniri 2014–6 oyunçudan ibarət iki dairəvi turnirdə Karuana 10 oyunda 5½ xal toplayaraq qalib Maqnus Karlsendən sonra ikinci oldu.

Avqust -Sentyabr: Missuri ştatının Sent-Luis şəhərində keçirilən və ən güclü turnirlərdən hesab olunan 2014-cü il Sinquefield Kubokunda Karuana 10 oyunda 8½ xalla qalib gəldi. Bu turnirdə dünyanın ən yüksək əmsallı oyunçularında altısı, o cümlədən dünya çempionu Maqnus Karlsen də iştirak edirdi. 7 ardıcıl qələbə, 3 heç-heçə və uduzmadan Karuana tarixdə ən yuksək — 3080 performans əmsalına nail oldu və 2009-cu il Nanjing Pearl Spring turnirində Maqnus Karlsenin və 1994-cü il Linares turnirində Anatoli Karpovın göstərdikləri nəticələri keçdi.

Oktyabr: Karuana FIDE Grand Prix Bakı turnirində Boris Gelfandla birinci yeri bölüşdürdü.

May: Karuana FIDE Grand Prix Xanty-Mansiysk 2015 turnirində birinci yeri Hikaru Nakamura və Dmitry Jakovenko ilə bölüşdürdü. Bu nəticə ilə o, FIDE Grand Prix 2014–15 mərhələsinin qalibi oldu və 2016-cı il Namizədlər turnirinə vəsiqə qazandı.

İyun-İyul: Karuana Dortmund Sparkassen Chess Meetingdə 7 mümkün xaldan 5½ toplayaraq qalib gəldi.

Bir gənc kimi Karuananın oyun üslubu aqressivdir. Özünün dediyi kimi: "Mən hər zaman hücüm etməyə üstünlük verirəm və rəqibin şahını əldə etmək üçün piyadaları qurban verməyi sevirəm. Kifayət qədər uzun bir müddət bu üsulla oynadım və nə zaman ki oyun üslubumu dəyişdim onda mənə aydın oldu ki, həmişə bir başa dəqiq hücümla qalib gəlmək olar. Manevrləri və hücümları öyrənmək üçün universal olmalı idim." Halhazırda Karuananın oyun üslubu universaldır, bu üsul mükəmməl debüt hazırlığına və yaxşı hesablamaya əsaslanır: "Mən oyunu belə taktik və strateji kateqoriyalara nəzərən qiymətləndirməyəcəm. Bu mənə yaxşı döyüşçü olduğum kimi görsənir. Fərqli vəziyyətlərdə oynamaqdan ləzzət alıram. Çəkinə biləcəyim heç nə yoxdur. Mən fiqurlarla və ya manevrlərlə dolu lövhəyə tamamilə düz üsulla hücum edə bilərəm, bu halda oyunun sonunda əksimə olan heç nə qalmır " Karuana çalışqan oyunçu kimi tanınır, o bir dəfə demişdi: "Hər gün dünyada minlərlə oyun oynanılır və bu oyunların çoxu vacibdir. Bu oyunlar internetdə var, amma hamısına baxmaq üçün vaxt ayırmalısınız. Bu xüsusi fəndləri rəqiblərə qarşı istifadə etmək üçün sizin analiz etməyə, yeni trend və yeni ideya tapmağa ehtiiyacınız var". Maqnus Karlsenin oyunları barədə danışanda Karuana rəqibin güclü və zəif tərəfləri barədə məlumatı olduğumu eyham etmişdi: " Bəzi vəziyyətlərdə onunla rəqabət apara bilməzsən. Müəyyən piyada strukturlarında o maşın kimi oynayır. Bir neçə debüt oyunları olmuşdu ki, hansında ki, mən qalib gələ bilməyəcəyimi düşünmüşdüm, amma bəzi üsullarda o bir o qədər də rahat oynamır. Başqa digər oyunçular kimi onda da özünə inamsızlıq var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]