Şəmkir Beynəlxalq Şahmat Turniri

Şəmkir Beynəlxalq Şahmat Turniri (ing. Shamkir Chess) Şəmkir şəhərində 2014-cü ildən etibarən Vüqar Həşimovun xatirəsinə təşkil edilməyə başlanılmış beynəlxalq şahmat turniri. Turnirdə əsasən FİDE sıralamasında ön pillələrdə qərar tutan şahmatçılar iştirak edirlər.[1]

Azərbaycan şahmat məktəbinin görkəmli simalarından biri olan Vüqar Həşimovun uzun sürən ağır xəstəlikdən 2014-cü ilin 11 yanvarında vəfat etməsindən sonra Vüqarın xatirəsinə beynəlxalq şahmat turnirinin keçirilməsi Synergy Group tərəfindən qərara alınmışdır. Aparılan müzakirələrin ardından ilk şahmat turnirinin 2014-cü ilin aprel ayında Şəmkir şəhərində keçirilməsi qərarlaşdırıldı. Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən beynəlxalq bir turnir olaraq qəbul edilən Şəmkir Beynəlxalq Şahmat Turnirinə Fide reytinqində ən üst sıralarda qərarlaşmış qrosmeysterin dəvət edilməsi nəzərdə tutulmuşdu. 2014-cü ildə ilki baş tutan turnirin qalibi FİDE reytinqində I yeri tutan norveçli şahmatçı Maqnus Karlsen olmuşdur. Şəmkir Beynəlxalq Şahmat Turnirinin mükafat fondu €100,000 təşkil etməkdədir.

Şəmkir Şahmat turniri — 2014

[redaktə | mənbəni redaktə et]

2014-cü ildə təşkil edilmiş Şəmkir Beynəlxalq Şahmat Turniri sayca ilk turnir olmuşdur. Vüqar Həşimovun vəfatının 100-cü gününə təsadüf edən turnir 19–30 aprel tarixlərində Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilmişdir. A və B səbətləri üzrə qruplaşdıran şahmatçıların A qrupunun mükafat fondu 100 min avro, B qrupunun mükafat fondu isə 30 min avro olaraq müəyyənləşdirilmişdir.

A qrupunda FİDE reytinqində ön sıraları tutan Maqnus Karlsen, Fabiano Kariana, Hikaru Nakamura, Teymur Rəcəbov, Sergey KaryakinŞəhriyar Məmmədyarov kimi şahmatçılar qərarlaşmışdır. A qrupu üzrə keçirilən final görüşündə norveçli şahmatçı Maqnus Karlsen italiyalı rəqibi Fabiano Kariananı məğlub edərək turnirin ilk qalibi olmuşdur. B qrupu üzrə keçirilən yarışlarda isə ukraynalı şahmatçı Pavel Elyanov qələbə qazanmışdır.

Şəmkir Beynəlxalq Şahmat Turniri
# İl Turnir Avg. Elo Qalib Raund Hesab
1 2014 A 2780 Maqnus Karlsen 10 6.5
1 2014 B 2663 Pavel Elyanov 9 6
A qrupu, cat. XXII (2780)
# Oyunçu Reytinq Xallar Qələbə
1 Maqnus Karlsen 2881
2 Fabiano Kariana 2783
3 Hikaru Nakamura 2772 5 2
4 Teymur Rəcəbov 2713 5 1
5 Sergey Karyakin 2772 5 0
6 Şəhriyar Məmmədyarov 2760 3
B qrupu, cat. XVII (2663)
# Oyunçu Reytinq Xallar Qələbə SB
1 Pavel Elyanov 2732 6
2 Aleksandr Motılev 2685
3 Etiyen Bakrot 2722 5 3
4 Hao Vanq 2734 5 2
5 Radoslav Voytaşek 2716
6 Rauf Məmmədov 2660 4 2 18,00
7 Qədir Hüseynov 2621 4 2 16,25
8 Vasif Durarbəyli 2584 4 1
9 Nicat Abasov 2516 4 0
10 Eltac Səfərli 2656 3

Şəmkir Şahmat turniri — 2015

[redaktə | mənbəni redaktə et]

2015-ci ilin 16 aprel tarixində Şəmkir şəhərində sayca ikinci Şəmkir Beynəlxalq Şahmat Turniri start götürmüşdür. 2015-ci ildə keçirilən turnirin iştirakçıları arasında ötən ilki turnirin qalibi Maqnus KarlsenFİDE sıralamasında ön pillələri tutan şahmatçılar iştirak etməkdədir. Şəmkir Beynəlxalq Şahmat Turniri 2015 in iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

2015-ci ildə keçirilən Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Maqnus Karlsen olmuşdur. İlk turnirdə də qalib olan Karlsen turnirin mükafat fondu olan 100 min avroya sahib çıxıb. Maqnus Karlsen tərəfindən əldə olunan yekun nəticə: 7/9 (+5–0=4).

Şəmkir Beynəlxalq Şahmat Turniri
# İl Turnir Avg. Elo Qalib Raund Hesab
1 2015 A 2773 Maqnus Karlsen 9 7
A Qrupu, cat. XXII (2773)
# Oyunçu Reytinq Xal Qələbə
1 Maqnus Karlsen 2863 7 5
2 Vişvanatan Anand 2791 6 3
3 Uesli So 2788 5 3
4 Fabiano Kariana 2802 5 2
5 Vladimir Kramnik 2783 4 2
6 Şəhriyar Məmmədyarov 2754 4 1
3 Maykl Adams 2746 3.5 1
4 Aniş Qiri 2790 3.5 0
5 Maksim Vaşer-Laqrav 2762 3.5 0
6 Rauf Məmmədov 2651 3.5 0

Şəmkir Şahmat turniri — 2016

[redaktə | mənbəni redaktə et]

2016-cı ilin mayın 25-dən iyunun 4-ə kimi 9 turdan ibarət üçüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2016-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

# Oyunçu Reytinq Xallar
1 Şəhriyar Məmmədyarov 2748 6
2 Fabiano Kariana 2804 6
3 Aniş Qiri 2790
4 Sergey Karyakin 2779 5
5 Rauf Məmmədov 2655
6 Pentala Harikrişna 2763 4
7 Teymur Rəcəbov 2726 4
8 Eltac Səfərli 2664 4
9 Pavel Elyanov 2765
10 Hou Yifan 2663

Şəhriyar MəmmədyarovFabiano Kariana — 2,5:1,5 (1:1 iki partiya sürətli, 1,5:0,5 iki partiya blits)

Şəmkir Şahmat turniri — 2017

[redaktə | mənbəni redaktə et]

2017-ci ilin aprelin 20-dən 30-na kimi 9 turdan ibarət dördüncü Şəmkir Beynəlxalq Şahmat Turniri keçirildi. Açılışda gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Şəmkir Beynəlxalq Şahmat Turniri 2017-ın iştirakçılarının tam tərkibi aşağıdakı kimidir:

Şəmkir Beynəlxalq Şahmat Turnirinin qalibi Şəhriyar Məmmədyarov oldu.

# Oyunçu Reytinq Xallar
1 Şəhriyar Məmmədyarov 2772
2 Vladimir Kramnik 2811 5
3 Uesli So 2822 5
4 Veselin Topalov 2741 5
5 Sergey Karyakin 2783
6 Radoslav Voytaşek 2745
7 Maykl Adams 2761
8 Teymur Rəcəbov 2710 4
9 Pavel Elyanov 2781
10 Pentala Harikrişna[5] 2758
  1. "Vugar Gashimov Memorial – Press Release". www.chessdom.com. 17 April 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2014.
  2. "shamkirchess.az - turnir iştirakçıları". 2015-04-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-18.
  3. "- turnir iştirakçıları". 2016-11-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  4. - Turnir iştirakçıları [ölü keçid]
  5. "- Turnirin nəticələri". 2017-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]