Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası[1][2]) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı.
Hikaru Nakamura | |
---|---|
yap. ヒカル・ナカムラ | |
Ölkə |
Yaponiya ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Hirakata Yaponiya |
Yaşadığı yer | ABŞ |
Titulu | qrosmeyster |
Son reytinqi | 2787 (sentyabr 2016) |
Maksimal reytinqi | 2816 (oktyabr 2016) |
FİDE nömrəsi | 2016192 |
hikarunakamura.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ-yə köçür.
2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Maykl Adamsa məğlub olaraq yarışı tərk etmişdir.
20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi.
2005-ci ABŞ Çempionatının qalibi oldu və Bobbi Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Sergey Karyakin ilə matç keçirdi.
2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu. Lakin raundda Hindistanlı Surya Ganguly uduzdu.
2006-cı ildə ABŞ millisinə Turindəki Olimpiadada bürünc medal qazanmasına kömək etdi. Həmin il 16-cı Şimalı Amerika Openinin qalibi oldu.
2007-ci ilin yanvarında GibTelecom Masters turnirində ikinci oldu.
2008-ci ilin noyabrında Cap d'Agde Rapid yarışının qalibi oldu və qələbəyə gedən yolda Anatoli Karpovu, Vasili İvançuku məğlub etdi.
2009-cü ildə 9 oyundan 7 xal ilə ABŞ Çempionu olur.
960 üzrə Dünya Çempionatının finalında 3½–½ hesabı ilə Levon Aronyan üzərində qələbə qazanır.
2009-cü ilin noyabrında Osloda keçirilən BNbank blitz turnirində finala çıxmaq yolunda 12 qələbə qazandı. Finalda Maqnus Karlsen üzərində 3-1 hesabı ilə qələbə qazandı.
2010-cü ildən Nakamura millinin birinci lövhəsində oynayır. Bursada keçirilən komandalar arası Dünya Çempionatda komandasına ikinci yeri tutmasına böyük köməklik etdi, belə ki, şəxsi hesabda lövhəsində qızıl medal qazandı.
Daha sonra 2011-ci ilin dekabrına qədər Harri Kasparov ilə məşq toplantıları keçirdi. 14-30 yanvar tarixləri arasında Wijk aan Zee keçirilən Tata Steel Grandmaster A turnirində Maqnus Karlsen, Vişvanatan Anand, Levon Aronyan, Vladimir Kramnik, Aleksandr Qrişçuk, Ruslan Ponomariov, Ian Nepomniachtchi, Wang Hao, Maxime Vachier-Lagrave, Alexei Shirov, Aniş Qiri, Jan Smeets və Erwin L'Ami iştirak edirdilər. Yarışın orta reytinqi 2740 idi, bu da 20-ci kateqoriyaya təsadüf edir. 12 turdan sonra Nakamura 8½ xal ilə birinci gedirdi və artıq yarım xal Anandın önündə idi. 1980-ci ildən bəri bu yarışı udan tək şahmatçı oldu.
Nakamura Gibraltar Chess Masters turnirini 10 oyundan 8.5 xal ilə qazanmışdır. Sonuncu Grand Prix seriyasında uğurlu çıxış etdi və sonuncu mərhələsində Fabiano Kariana və Dmitry Jakovenko ilə birgə 11 oyundan 6.5 xal ilə birinci oldu. Beləliklə, ümumi hesabda ikinci yeri tutaraq birbaşa Namizədlər Turnirinə vəsiqə qazandı.