Yukagirlər (özlərini Detkil, Odul, Badu, alay) — Şərqi Sibirdə yayılmış xalq. Şimal-şərqi Sibirin köklü xalqlarındandırlar.
Ümumi sayı | |||
---|---|---|---|
1600 | |||
Yaşadığı ərazilər | |||
| |||
Dili | |||
Dini | |||
"Yukagirlər" adı nədən irəli gəldiyi bilimir. Ola bilsin ki, bu adı onlara ruslar varmişlər. Bu ad XX əsrdə rəsmiləşmişdir.
Ənənəvi məşğuliyyətləri — Balıqçılıq, Maralçılıq, vəhşi heyvanların ovlanması və xizək qoşqu itlərinin yetişdirilməsi.
2002-ci ildə əhalinin siyahıya alınması zamanı 1509 nəfər olmaları müəyyənləşmişdir.
Yukagirlər əsasən (Kolıma çayı hövzəsində) Saxa (1097 nəf.), Çukot Muxtar Dairəsi (185 nəf.), Maqadan vilayəti (79 nəf.), Novosibirsk vilayəti (1 nəf.(2013 il))[3]. Saxa ərazisində Yukagirlər kompakt şəkildə "Olerindki Suktul" Nijnekolımski rayonunda (Nijnekolımski ulusu) yayılmışlar
2002-ci ilə olan yayılma arealı və sayları[4]
Saxa Respublikası:
Andryoşkino kəndi — 197 nəf.
Yakutsk şəhəri −189
Nelemnoye kəndi — 181
Yakugirlərin illərə görə sayları:
Yakugirlər öz növbəsində iri qəbilələrə bölünürdü. Onlardan Xodınlar, Anaullar və Çuvanlar öz dillərini itirərək ruslaşmışlar.
Yukagir dili öz növbəsində iki yerə bölünür: Şimali Yakugir dili və Cənubi Yukagir dili. 2002-ci ilə olan məlumata əsasən Saxada yaşayan 1097 yakugirdən cəmi 310 (28 %) öz dilində, Saxa dilində 630 nəfər (57 %), Rus dilində isə 1046 nəfər. (95 %) danışa bilir[5].
E.ə VII əsrdə Yukagirlər Yeniseyin şərqində yayılmışdılar. Onlar Ural dilləri ailəsinə mənsub olduğu bildirilir. Finlərlə qohumluq əlaqəsinin olması barədə sovet araşdırmaçıları М. Q. Levin, İ. D. Qurviç, Y. B. Simçenko eyni fikirdə olmuşlar[6] XVII əsrdə Yukagirlərin alay, anaulı, koqime, lavrenlər, olyobenlər, omoklar, onondlar, xodınlar, xoromoylar, çuvanlar, şoromba, yanqa və yandınlar qəbilələri Lena çayından Anadır çayı mənsəbinə qədər olan ərazilərdə yayılmışlar
XVII-XIX əsrlərdə Yukagirlər epidemiyadan və assimilyasiyadan sayları azalmışdır. Saxalar, Evenlər, Ruslar, Koryaklar və Çukçalar tərəfindən assimiliyasiya olmuşlar. Əsasən ancaq Kolıma çayı hövzəsində öz mövcudluqlarını qoruyub sahlıya bilmişlər.
1897-ci ildə 754 nəfər, 1970 ildə isə 600 nəfər təşkil etmişlər. Aonradan isə sayları çoxalmağa doğru gedir.
Xristianlığın yayılmasına baxmayaraq XIX əsrdə onların inanclarına şaamanizm öz təsirini göstərirdi.
XIX əsrin sonlarına kimi yalnız Kolıma Yakugirləri öz ənənələrini qoruyub saxlaya bilmuşdilər. Ənənəvi təsərrüfatları vəhşi maralların ovlanması və maralçılıqdır. Onların ənənələrinə XVIII-XIX əsrlərdə evenlər, saxa və çukçalar öz təsirini göstərmişlər. Onların ənənələrinə ruhlara inam, şamanizm, itlərin qurban verilməsi və "qarğalarla" bağlı eposu göstərmək olar. Yaşayış yerləri isə Çum adlandırılır.
2011-ci ildə Yakugirlərlə bağlı Maqadan vilayəti Srednekan rayonuna təşkil edilən ekspedisiyasının nəticələri: