Faiq Abdullayev

Faiq Məmmədəli oğlu Abdullayev (26 dekabr 1936, Naxçıvan17 iyul 2021, Bakı) — Texnika elmləri doktoru (1987), professor (1988), "Neftqazavtomat" Elmi-İstehsalat Birliyinin baş direktorunun elmi işlər üzrə sabiq birinci müavini, Azərbaycan Dövlət Neft Akademiyası "Avtomatika, Telemexanika, Elektronika" kafedrasının sabiq professoru, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi. Azərbaycan elmini Çexoslovakiya, Polşa, AlmaniyaFransada keçirilən elmi konqreslərdə təmsil etmişdir.

Faiq Abdullayev
Faiq Məmmədəli oğlu Abdullayev
Naxçıvan Ensiklopediyası[1][2]
Naxçıvan Ensiklopediyası[1][2]
Doğum tarixi
Doğum yeri Naxçıvan şəhəri, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi [3] (84 yaşında)
Vəfat yeri
Dəfn yeri Saray qəsəbəsi, Abşeron rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Tamilla Abdullayeva
Uşağı 3
Atası Məmmədəli Abdullayev
Anası Fatma Abdullayeva
Elm sahələri Texnoloji Proses və İstehsalatların Avtomatlaşdırılması
Elmi dərəcəsi Texnika elmləri doktoru (1987)
Elmi adı Professor[4] (1988)
İş yeri AMEA İnformasiya Texnologiya İnstitutu
Alma-mater Azərbaycan Dövlət Neft və Sənaye Universiteti[5]
Təhsili
Elmi rəhbəri Əsgər Abdullayev
Tanınır AMEA, ADNA, OYU
Mükafatları SSRİ Dövlət mükafatı — 1981
"Qırmızı əmək bayrağı" ordeni — 1977 "Əmək igidliyinə görə" medalı — 1970 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı
İmza
Google Akademiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  • Qeyri-stasionar neft-kimya reaksiya proseslərinin riyazi modelləşdirilməsi, optimallaşdırılması və avtomatlaşdırılması
  • Proseslərin qeyri-statsionarlığını təyin etmək üçün yeni metodun yaradılması
  • Passiv və aktiv təcrübə usullarının çatışmayan cəhətlərini aradan qaldıran əvəzedici planlaşdırılmanın texnoloji proseslərinin identifikasiyasında yeni prinsiplərin yaradılması
  • Qeyri-stasionar texnoloji proseslərin fiziki-kimyəvi kinetik qanunlarına əsaslanan evristik formal-empirik riyazi modelləşdirilmə üsullarının işlənilməsi, kinetik formal-empirik modellərinin parametrlərinin qarşılıqlı əlaqələrinin göstərilməsi
  • Paylanmış parametrli qeyri-stasionar katalitik proseslərin birbaşa variasiya və maksimum prinsipinə əsaslanan optimallaşdırılma məsələsinin inkişafı və etilen, etilbenzon, formalin və s. sənayə tərəfindən istismar olunan texnoloji proseslərində tətbiqi

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Onun 239 elmi əsəri vardır. Bunlara monoqrafiyalar, dərs vəsaitləri, tematik icmallar və 70-ə qədər ixtira daxildir.

  1. Naxçıvan Ensiklopediyası (birinci nəşr) (PDF) (Azerbaijani). 1 (1). 2002. səh. 11. 2024-08-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-08-06.
  2. Naxçıvan Ensiklopediyası (ikinci nəşr) (PDF) (Azerbaijani). 1 (2). 2005. səh. 12.
  3. "Professor Faiq Abdullayev vəfat edib". İdarəetmə Sistemləri İnstitutu. July 22, 2021. August 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2024.
  4. "AMEA-nın müxbir üzvü Əsgər Abdullayevin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib". Azərbaycan Milli Elmlər Akademiyası. June 1, 2017. August 27, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 5, 2024.
  5. "ABDULLAYEV Faiq Məmmədəli oğlu". Azərbaycan Milli Ensiklopediyası. 2022-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]