Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi

Neftqazavtomat Elmi-İstehsalat MüəssisəsiAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Əsası 1957-ci ildə "Neftkimyaavtomat" Elmi-Tədqiqat və Layihə İnstitutu (ETLİ) yaradılmaqla qoyulmuşdur.

1985-ci ildə "Neftkimyaavtomat" ETLİ (baş təşkilat), Əli Bayramlı şəhərindəki "Cihazlar", "Sənaye Avtomatikası və Telemexanika" zavodları və Bakı "Geofizcihaz" zavodu tərkibinə daxil olmaqla "Neftqazavtomat" Elmi-İstehsalat Birliyi yaradılmışdır.

1993-cü ilə qədər SSRİ Cihazqayırma Nazirliyinin, 1993–2005-ci illərdə Azərbaycan Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyət göstərmişdir.

2006-cı ildən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyət göstərir.

Əldə etdiyi nailiyyətlərinə görə beynəlxalq və dövlət mükafatlarına layiq görülmüşdür.

İSO 9001–2000 standartının tələblərinə uyğunluq sertifikatı vardır.

Təhlükə potensiallı obyektlərdə quraşdırma, texniki xidmət işlərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin icazəsi vardır.

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən akkreditasiya olunmuş sınaq laboratoriyasına malikdir.

12 elmlər doktoru və 176 texnika elmləri namizədi hazırlamışdır.

"Neftqazavtomat" EİM-in əsas sifarişçiləri və tərəfdaşları aşağıdakılardır:

  1. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti;
  2. "Salyan OYL" MMM;
  3. "Şirvan OYL" BMMM;
  4. "Azəriqaz" SC;
  5. "Azərkimya" Dövlət Şirkəti;
  6. "Urenqoyqazprom" MMC (Rusiya);
  7. BP;
  8. Emerson Process Management şirkəti (Fisher Rosemount, Daniel Measurement & Control, Control Techniques, Intellution);
  9. "LUKOYL-Azərbaycan" neft kompaniyası;
  10. "RNGS-Azərbaycan" BM.[1]
  1. "Müəssisə haqqında". 2018-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.