Törəmə maliyyə alətləri – ikinci dərəcəli qiymətli kağızlardır.
Törəmə maliyyə alətləri halında fond bazarının iştirakçısı fiktiv kapitalın (səhmlər, istiqrazlar)özü ilə deyil, bu kapitalın alqı-satqısı üzrə əməliyyat aparmaq hüququ verən sənədlə işləyir. Törəmə maliyyə alətləri – klassik qiymətli kağızlarla (birinci dərəcəli qiymətli kağızlar) əməliyyatlar aparmaq hüququ verən müqavilə növüdür: opsionlar, fyuçers müqavilələri, varrantlar və s. Onların əsas təyinatı – sənəd sahibini birja oyununda zərərdən sığortalamaq, eləcə də inflyasiya və iqtisadi qeyri-stabillik şəraitində onun müdafiəsini təmin etməkdir.
Opsion və fyuçerslər sanballı birincili və ikincili bazarlara malikdirlər və fiktiv kapitalla əməliyyatlar aparmaq üçün əsas elementlər sayılırlar.[1]
Opsion öz sahibinə müqavilədə fiksə olunmuş məzənnə üzrə (icra qiyməti) müəyyən miqdarda səhmləri gələcəkdə müəyyən tarixə ya da müəyyən vaxt ərzində (Amerika opsionu)bu sövdələşməni həyata keçirmək mükəlləfiyyəti olmadan opsionu yazan şəxsdən almaq və satmaq hüququ verir.
Opsion 2 növü var: coll və put options
Call – opsion ("koll-opsion") – opsionu yazmış şəxsdən müəyyən miqdarda səhmlərin alınması üçün olan opsiondur. elə bir maliyyə müqaviləsidir ki, alıcısına baza aktivini həmin müqavilə ilə müəyyən olunmuş tarixdə və qiymətə almaq hüququnu verir.
Put-opsion("put-opsion") —opsionu yazmış şəxsə müəyyən miqdarda səhm satmaq üçün olan opsiondur. öz alıcısına baza aktivini həmin müqavilə ilə müəyyən olunmuş tarixdə və qiymətə satmaq hüququnu verir.
Stellaj- oyunçunun eyni zamanda həm call, həm də put opsionlarını eyni səhmlərə eyni icra qiymətlərilə və müqavilələrin eyni bitmə müddətilə alıb-satdığı əməliyyatdır.
Strenql —call və put opsionlarının eyni səhmlərə eyni bitmə müddətilə, lakin fərqli icra qiymətlərilə alqı-satqısıdır.
Spred – opsionlarla elə əməliyyatlardır ki, bu zaman oyunçunun gəliri mükafatlar arasındakı , yəni satılmış opsiona görə alınmış mükafatla alınmış opsiona görə ödənmiş mükafat arasındakı fərqdən ibarət olur.
Səhm üçün varrant (və ya sadəcə varrant) – firmanın öz səhmləri üçün yazdığı call-opsiondur. Adətən, varrantlar tipik call-opsionlara nisbətən daha uzun müddətə (məsələn, 5 il və daha çox) emitasiya olunur.
Vəsiqələr – müəssisə tərəfindən öz səhmləri üçün buraxılmış call-opsionlardır. Onlar səhmdarlara adi səhmlərin yeni emissiyasına onların açıq yerləşdirilməsindən öncə abunə olmaq hüququ verir. Dövriyyədə olan hər bir səhm bir vəsiqə alır.[1]
Fyuçers müqaviləsi (qısaca fyuçers) – müəyyən məhsul partiyasının sövdələşmə anında hər iki tərəfi qane edən qiymətlə alınması üçün müqavilədir, məhsul özü isə satıcı tərəfindən kifayət qədər uzun müddət sonra təqdim olunur.[1]
Depozit qəbzləri özündə birjada sərbəst dövriyyə üçün banklar tərəfindən buraxılmış qiymətli kağızların sertifikatlarını əks etdirir.
Sahib müəyyən edilmiş qiymətli kağızları 1 ildən 5 il perspektivində müəyyən qiymətə almaq hüququ verir.
Forvard müqavilələr – gələcəkdə müəyyən qiymətə xüsusi malı almaq və ya satmaq üçün öhdəlikdir.[2]