Fakt Yoxla — Azərbaycanda faktların yoxlanılması üzrə ixtisaslaşmış[1] müstəqil[2][3] qeyri-hökumət və qeyri-kommersiya[4] təşkilatı. "Fakt Yoxla" Demokratik Təşəbbüslər İnstitutu (IDI) tərəfindən həyata keçirilən təşəbbüsdür. Təşkilatın məqsədi siyasi xəbərləri və məlumatları qərəzsiz çatdırmaqla Azərbaycan cəmiyyətinin manipulyasiyasının qarşısını almaqdır. Məzmunu Azərbaycan və ingilis dillərindədir.[5]
Fakt Yoxla | |
---|---|
| |
Növü | qeyri-hökumət təşkilatı, qeyri-kommersiya təşkilatı[d] |
Fəaliyyəti | fakt yoxlama |
Yaranma tarixi | 2019 |
Qeydiyyat tarixi | 28 may 2021 |
Rəsmi dili | |
Mərkəzi | |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan Respublikası |
Qurucusu |
|
faktyoxla.info |
"Fakt Yoxla" 2019-cu ildə Demokratik Təşəbbüslər İnstitutu tərəfindən yaradılmışdır. 28 may 2021-ci il tarixində 406331063 identifikasiya kodu ilə Gürcüstanda müstəqil qeyri-hökumət təşkilatı olaraq qeydə alınmışdır.[6] Bunda məqsəd Azərbaycanda məhdudiyyətlərin qarşısını almaq idi. Hər halda, təşkilatın onun baş ofisi Bakıda yerləşir.[7] Jurnalist[8] Leyla Mustafayeva "Fakt Yoxla"nın baş redaktorudur.[9] Buna qədər o Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Layihəsinin (OCCRP) Cənubi Qafqaz ofisi, "Yeni Müsavat" qəzeti, "Meydan TV", Müharibə və Sülh İcmalları İnstitutu ilə əməkdaşlıq etmişdir.[6]
Hazırda "Fakt Yoxla" siyasət, hüquq, insan hüquqları, sosial, iqtisadiyyat və COVID-19 mövzularında faktların yoxlanmasını həyata keçirir. Təşkilatın fəaliyyəti istiqaməti ictimai fiqurların səsləndirdiyi ifadələrin həqiqətə uyğun olub-olmadığını və siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlamaq, qanunvericiliyin monitorinqi və qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə nəzarət etmək, Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirdiyini və ölkədə qəbul olunmuş qanunların ümumbəşəri dəyər olan insan hüquqlarına uyğun olub-olmadığını araşdırmaq, mediada, müxtəlif internet resurslarda gedən yalan xəbərləri aşkarlamaq və ictimaiyyəti məlumatlandırmaqdır. İctimai şəxslərin ifadələrində deyilmiş faktların düzgünlüyü rəsmi dövlət qurumlarının veb-saytlarını istifadə etməklə, "Fakt Yoxla" üzvü tərəfindən ictimai məlumat almaq üçün göndərilmiş rəsmi sorğu vasitəsilə, internetdə hökumət və qeyri-hökumət təşkilatlarının, xəbər agentliklərinin, media qurumlarının, tədqiqat institutlarının və digər oxşar qurumların hesabatlarını, araşdırmalarını və ifadələrini axtarmaqla, ctimai şəxslərdən, həmçinin onların media əlaqələndiricilərindən müsahibə götürməklə yoxlanılır.[6]
"Fakt Yoxla" sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin, ölkədə nazirlərin, deputatların və digər ictimai xadimlərin açıqlamalarını təhlil etməyə, faktları yoxlamağa başlayanda ictimaiyyətin marağını cəlb etmişdir. "Fakt Yoxla" sosial mediada uğurlu fəaliyyəti nəticəsində iqtidaryönlü dairələrdə də diqqət çəkmişdir. "Fakt Yoxla" bir neçə dəfə kiberhücumlarla qarşılaşmış, lakin bu cəhdlər veb-saytın fəaliyyətini məhdudlaşdırmaqda uğursuz olmuşdur. Domeni və interfeysi "Fakt Yoxla" saytını təkrarlayan hökumətəmeylli "faktyoxla.az" saytı 2021-ci ilin yazında istifadəyə verilmişdir. Bu, fəaliyyətlərində müxalifət nümayəndələrini hədəf alır və hökumətin rəqiblərini gözdən salmağa çalışan materiallar paylaşır.[7]
"Fakt Yoxla" 100-dən çox fakt yoxlama qurumunu özündə birləşdirən Beynəlxalq Fakt Yoxlama Şəbəkəsinə (IFCN) Azərbaycandan qəbul edilən tək üzvdür. İlk dəfə 2021-ci ildə bu şəbəkəyə üzv olmuşdur. "Fakt Yoxla" bütün materiallarında şəbəkənin rəhbər tutduğu prinsiplərə riayət edir.[10] Bundan əlavə "Fakt Yoxla" Avropa Fakt Yoxlama Standartları Şəbəkəsinin (EFCSN)[11] və Açıq İnformasiya Əməkdaşlığı[12] şəbəkəsinin üzvüdür. Demokratik Təşəbbüslər İnstitutu ilə yaxından əməkdaşlıq edir.[13] Həmçinin, təşkilat Gürcüstanın "FactCheck",[7] "MythDetector"[14] və "Chaikhana Media"[15] saytları, Moldovanın "www.stopfals.md" platforması,[7] Türkiyənin "Teyit.org" saytı[16] ilə əməkdaşlıq edir. "Fakt Yoxla"nın məzmunu "Turan İnformasiya Agentliyi",[17] "Eurasia Review",[18] "Meydan TV",[19] "Azadlıq" qəzeti[20] və "Arqument.az"[21] kimi müxtəlif media qurumları, həmçinin Birləşmiş Krallığın Müharibə və Sülh İcmalları İnstitutu[22] Rumıniyanın "Romanian Center for European Policies"[23] kimi xarici platformalar tərəfindən paylaşılmışdır.
"Fakt Yoxla" Harvard Universitetinin "Kaspiana" layihəsi tərəfindən Azərbaycanda ən etibarlı mənbələr sırasına daxil edilmişdir.[5]