Faktorial — riyaziyyatda sağına nida işarəsi qoyulmuş ədədə verilən ad daha ümumi Qamma funksiyasının tam ədədlərlə məhdudlaşmış xüsusi bir vəziyyətidir. 1-dən müəyyən bir natural ədədə qədər olan ardıcıl bütün natural ədədlərin hasilinə o ədədin faktorialı deyilir. Əgər n bir natural ədəddirsə, n! ardıcıl natural ədədlərin hasilini ifadə edir. Məsələn, 5! (5 faktorial) ardıcıl natural ədədlərin (1, 2, 3, 4, 5) hasilini təmsil edir və 5!=1×2×3×4×5=120 olur.
0 | 1 |
1 | 1 |
2 | 2 |
3 | 6 |
4 | 24 |
5 | 120 |
6 | 720 |
7 | 5 040 |
8 | 40 320 |
9 | 362880 |
10 | 3628800 |
Faktorialdan əsasən kombinatorika, ədədlər nəzəriyyəsi və funksional analizdə istifadə olunur.
Sıfır natural ədədlərə aid olmamasına baxmayaraq, faktorialı tərifə uyğun olaraq, 1-ə bərabərdir: 0!=1