Bu məqaləni vikiləşdirmək lazımdır. |
Famil Musa oğlu Çıraqov (1958, Qoçulu, Bolnisi rayonu) — Bakı Dövlət Universiteti, kimya elmləri doktoru, professor, «Analitik kimya» kafedrasının müdiri.
Çıraqov Famil | |
---|---|
Çıraqov Famil Musa oğlu | |
Doğum tarixi | 1958 |
Doğum yeri | |
Elmi dərəcəsi | kimya elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | Bakı Dövlət Universiteti |
Tanınmış yetirməsi | 16 kimya elmlər namizədi yetirmiş |
Çıraqov Famil Musa oğlu −1958-ci ildə Gürcüstan respublikasının Bolnisi rayonunun Qoçulu kəndində anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirmiş, 1987-ci ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.
1987-ci ildə "Benzoy turşusunun p-törəmələrinin manqan(II), kobalt(II) və nikellə(II) əmələ gətirdiyi kompleks birləşmələrin sintezi, quruluşu və xassələri" mövzusunda namizədlik, 1999-cu ildə isə "Metalların b-diketonların törəmələri ilə kompleks birləşmələri: sintezi, quruluşu, xassələri və analitik tətbiqi" mövzusunda 02.00.01 və 02.00.02 indeksləri ilə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildən "Analitik kimya" kafedrasının professoru, 2006-cı ildən isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişdir. O fakültə ekspert və elmi şuralarının, D.02.011 şifrli 02.00.02, 02.0003, 02.0004 ixtisasları üzrə Diissertasiya Şurasının üzvüdür. Onun elmi-pedoqoji fəaliyyəti 420-dən çox elmi əsərdə, o cümlədən 14 müəlliflik şəhadətnaməsi, 10 kitab, 2 tərcümə və bir sıra redaktə etdiyi dərs vəsaiti və dərslikdə öz əksini tapmışdır. Onun rəhbərliyi altında 16 kimya elmlər namizədi yetirmiş və çoxlu sayda dissertasiyalara rəsmi opponent olmuşdur. O, II-ci kursda "Analitik kimya" magistraturada isə "Optiki analiz metodu" və "Kompleks birləşmələrin analitik kimyada tətbiqi" fənnlərindən mühazirələr oxuyur. O. Moskva, Voronej, Tbilisi Dövlət Universitetləri ilə sıx əlaqə saxlayır.
1980–1984 — tələbə kimya fakültəsi BDU, 1987 — kimya elmləri namizədil "Qeyri-üzvi kimya" KPİ, 2003-kimya elmləri doktoru, "Analiik kimya", "Qeyri-yzvi kimya" BDU.
1980 — BDU, 2004-professor analitik kimya kafedrası (BDU), 2006 -analitik kimya kafedrasının müdiri, 420 məqalənin, 10 kitabın, 14 patentin müəllifidir,16 elimlər namizədi yetirmiş.Y.Məmmədəliyev adına mükafata layiq görülüb.
Metal ionlarının fotometrik təyini və onların sorbsiyası üçün xelat sorbentlərin tədqiqindən ibarətdir. β-diketonlar, xromotrop və piroqallol əsasında sintez edilmiş üzvi reagentlərdən bir sıra metal ionlarının təyini üçün fotometrik reagent kimi tətbiqi ilə məşğuldur. Malein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının öyrənilməsi.
Bakı şəhəri, Bakı Dövlət Universiteti AZ-1073/1, Akademik Zahid Xəlilov küçəsi – 23 indeks: AZ 1148