Fano (Neyeranın qızı)

Fano — e.ə. 343–340-cı illər arasında arasında Afinada onun mənşəyi ilə bağlı qeyri-müəyyənliklər səbəbiylə baş verən bir məhkəmə işinin mövzusu. Fanonun anası Neyera idi və o, ehtimal olunur ki, Korinfdə anadan olmuşdur. Neyera azadlığını satın aldıqdan sonra üç uşağı ilə Afinaya getmişdir. Neyera orada onun uşaqlarını övladlığa alan mühüm siyasətçi Stefanla yaşayırdı. Onun Stefanın və birinci həyat yoldaşının qızı, yoxsa sadəcə Neyeranın qızı olduğu bəlli deyil. O, Fano ilə evlənməyə çalışmışdı, lakin buna icazə verilməmişdir, çünki afinalı olmayan və heteranın qızı olan Fano Afinada qanuni nikah bağlaya bilməzdi. Ən azı bunu Stefanın iki siyasi rəqibi – Apollodor və Feomnest iddia edirdi. Daha sonra saxta vətəndaşlıq iddiası ittihamı məhkəməyə müraciət etmişdilər. Fanonun ilk həyat yoldaşı Frastor idi. Onlar sonradan boşanmış və Fano arxon basiley Feogen ilə evlənmişdir. Onun həyat yoldaşı olaraq o, həm də basilinna kimi vəzifələr götürmüşdür, baxmayaraq ki, mümkün mənşəyinə görə onun Afinada qurban verməyi qadağan edilmişdi. İttihamlar səbəbilə bu evlilik pozulmuşdur. Məhkəmənin nəticəsi və Fanonun sonrakı həyatı, eləcə də ittihamların həqiqiliyi haqqında çox az şey məlumdur. Fanonun özünün həyat yoldaşı olandan əvvəl hetera kimi işlədiyi iddia edilmişdir. Alimlərə görə, onun Stefanın qızı olması ehtimalı azdır, amma Neyeranın qızı olması mümkündür.[1][2]

Fano
Doğum tarixi e. ə. IV əsr
Vəfat tarixi e. ə. IV əsr
Atası Afinalı Stefan
Anası Neyera (hetera)
Fəaliyyəti hetera, evdar şəxs
  1. Athenaios 13,593f.-594a
  2. Pseudo-Demosthenes or. 59