Fariz Rasim oğlu İbrahimov (11 sentyabr 1989; Kiyev, Ukrayna — 21 iyul 2014; Nelipivka, Donetsk, Ukrayna) — Ukrayna Silahlı Qüvvələrinin baş əsgəri, Donbass müharibəsi şəhidi.
Fariz İbrahimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Ukrayna |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Nelipivka, Donetsk, Ukrayna |
Dəfn yeri | |
Vətəndaşlığı | Ukrayna |
Atası | Rasim İbrahimov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Ukrayna Silahlı Qüvvələri |
Qoşun növü | Mexanikləşdirilmiş Qoşunlar |
Xidmət illəri | 2014 |
Rütbəsi | Baş əsgər |
Vəzifəsi | qumbaraatan, köməkçi atıcı |
Döyüşlər | Donbass müharibəsi |
Təltifləri |
Fariz İbrahimov 11 sentyabr 1989-cu ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Atası Fariz İbrahimov azərbaycanlı, anası Larisa Petrovna ukraynalıdır. Ailəsi və dostları, xüsusilə də, ulu babası onu Fedor olaraq çağırırdı. Boks üzrə Kiyev çempionu, Dinamo Kiyev FK azarkeşlərinin hərəkatının təşkilatçılarındandır. 2013-2014-cü illərdə Avromeydan hərəkatında iştirak etmişdir. Müharibənin başlaması ilə əlaqədar əvvəlcə, hərbçilərə kömək məqsədilə "Ürəkdən ürəyə" xeyriyyə fondunu qurdu, sonra isə könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə yazıldı.
Fariz İbrahimov 2014-cü ilin aprelindən başlayan Donbass müharibəsində "baş əsgər" rütbəsində, qumbaraatan və köməkçi atıcı vəzifəsində iştirak etmişdir. Mexanikləşdirilmiş Qoşunların Kropivnitski şəhərində yerləşən 34-cü Motoatıcı Batalyonunun tərkibində bir çox hərbi əməliyyatlarda fərqlənmişdir. Fariz İbrahimov 21 iyul 2014-cü ildə Dzerjinsk şəhəri yaxınlığında terrorçuların kəşfiyyat məntəqəsinə hücum edən dəstənin tərkibində döyüşə davam etmişdir. Nelipivka yaxınlığında terrorçular pusquda birinci BMP-ni əldən verdilər. Əsgərləri xilas etmək üçün o, sürücüyə yanan zirehli transportyoru qabağa gətirməyi əmr edir ki, bu da terrorçuların atəşini dayandırdı. Döyüşdə ukraynalı əsgərlər və çoxlu terrorçu öldürülüb, keçid məntəqəsi bir neçə dəqiqə ərzində ələ keçirilib. Döyüşlərdə Fariz İbrahimov da şəhid olmuşdur. O, Kiyevdə dəfn olunmuşdur.
Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi şücaət və qəhrəmanlığa, hərbi anda sədaqətinə görə Fariz İbrahimov ölümündən sonra Ukrayna Prezidenti Petro Poroşenko tərəfindən 04.06.2015-ci il tarixində III dərəcəli "İgidliyə görə" medalı ilə təltif edilmişdir.