Qonsalvis da Silva, Bentu

Bentu Qonsalvis da Silva (port. Bento Gonçalves da Silva; 23 sentyabr 1788, Triunfu , Riu-Qrandi-du-Sul — 18 iyul 1847, Quaiba, Riu-Qrandi-du-Sul — Braziliyalı general, Farrapus müharibəsinin əsas fiqurlarından biri. Riu-Qrandi Respublikasının birinci prezidenti (1836–1843).

Bentu Qonsalvis da Silva
port. Bento Gonçalves da Silva
10.1836 – 08.1843
ƏvvəlkiVəzifə təsis edilməməşdi
SonrakıQomis Jardin
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Triunfu , Riu-Qrandi-du-Sul
Vəfat tarixi (58 yaşında)
Vəfat yeri Quaiba, Riu-Qrandi-du-Sul
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu
Uşağı 8
Hərbi xidmət
Rəhbərlik edib
Rütbəsi general
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bentu Qonsalvis iri maldar olaraq, liberal fikirli siyasətçi idi. İmperiyanın siyasətində narazılığı ilə seçilirdi və bu səbəbdən Riu-Qrandi-du-Sul vilayətinə muxtariyət tələb edirdi. Qonsalvis usyanı hazırlayanlardan biri olmuş və üsyançıların ordusuna rəhbərlik etmişdir.

4 oktyabr 1836-cı ildə üsyançıların fanfa döyüşündəki məğlubiyyət zamanı Qonsalvis hökumət qüvvələrinə əsir düşür. Noyabrda Riu-Qrandi Respublikasının müstəqilliyi elan edildikdən sonra üsyançılar Qonsalvisi prezident elan edirlər.

O, 1837-ci ilin sentyabrında əsirlikdən qacmağa müvvəfəq olur və üsyançılara qoşularaq mübarizəni davam etdirir. 1843-cı ilin avqust ayında üsyançılar arasında yaranan fikir ayrılığından öz vəzifəsindən istehfa verir.

Qonsalvis Qonço-Berde anlaşması imzalandıqdan iki il sonra 1847-ci ildə Plevritdən vəfat edir.