Fars dırmanantəlxəsi[2] (lat. Zamenis persica) — Suilanıkimilər fəsiləsinə aid növ. Sayı azalmaqda olan relikt növdür.
Fars dırmanantəlxəsi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstəüstü: Dəstə: Klad: Klad: Yarımdəstə: ???: Fars dırmanantəlxəsi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xarici görünüşünə görə eskulap təlxəsinə çox oxşayır. Kiçik və orta ölçülü ilan olub, uzunsov başı boynundan bir qədər seçilir. Bədən uzunluğu 70 sm-dən 90 sm qədərdir, lakin bəzi iri fərdləri 120 sm-ə çatır. İran təlxəsinin 2 rəng aberasiyası var: açıq və melanik. Açıq aberasiyada bədənin bel tərəfinin rəngi açıq boz və tünd bozdan, bozumtul-qəhvəyi rəngə qədər dəyişir, nadir hallarda qırmızımtıl-qəhvəyi rəngdə olur. Melanik aberasiyada bədən tamamilə qara rəngdədir.[3] Üst dodaq qalxancıqları, başın yanları və alt tərəfi ağ rəngdədir. Bir və ya iki gözarxası, 2+2, 2+3 nadir hallarda 1+3 gicgah, 8 nadir hallarda 7 üst dodaq qalxancıqlarından 4 və 5-ci gözə toxunur, 10 və ya 11 alt dodaq, kənarları hamar 21 və ya 25 bel pulcuqları, pulcuqların formulu 27 – 25 – 23 – 21 – 19 - 17, qarınaltı qalxancıqlar 207 - 233 ədəd, quyruqaltı qalxancıqlar isə 68 - 83 cüt olur, anal qalxancıq bölünmüşdür.
Azərbaycanın cənub-şərq hissəsinin meşə zonasında (Lənkəranın Şahağac, Gücavar, Astaranın Bəndəsər, Züngüləş kəndləri ətrafında və Talışın dağətəyi meşələrində) yayılmışdır. Azərbaycandan kənarda İranda Elbursun dağətəyi hissəsində, Xəzərin cənub hissəsinin sahil zolağında, Gilan və Mazandaran əyalətlərində rast gəlinir.[4]
Lənkəran təbii vilayətində enliyarpaqlı rütubətli meşələrdə, seyrək kolluqlarda, çılpaq dərə yamaclarında rast gəlinir. Qış yuxusundan martın-aprelin əvvəlləri oyanır. Oktyabrın sonlarına kimi fəaldır. Cavan fərdləri xırda cücülərlə, yetkin fərdləri isə kiçik məməlilərlə-siçanabənzər gəmiricilərlə, nadir hallarda quşlar, quş balaları və yumurtaları ilə qidalanır. Yumurta qoyma iyulun əvvəlləri və ortaları baş verir. Cinsi yetkinliyə üç yaşında çatırlar.
Azərbaycanın cənub-şərqində 10 km marşrutda fərdlərin sayı 2 - 3-ə çatır.
İnsan fəaliyyəti nəticəsində yaşama yerləri olan meşələrin qırılması, həmçinin təbii düşmənləri olan gündüz yırtıcı quşları, yırtıcı məməlilər tərəfindən məhv edilmə.
Hirkan Milli Parkının ərazisində qorunur. İUCN siyahısına (DD kateqoriyası ilə) daxildir. Meşələrin qırılmasının qarşısının alınması, həmçinin insanın növün yayıldığı yerlərdə transformasiyaedici və modifikasiyalaşdırıcı təsirinin qadağan etmək lazımdır.[5]