Fatih Əmirxan - əsil adı isə Muhəmmədfatih Zarif oğlu Əmirxanovdur. Tatar dilində isə adı tatar. Fatıyx Əmirxan-dır. O, 1 yanvar 1886 Kazanda anadan olub və 9 mart 1926 həmin şəhərdə rəhmətə gedib. Fatih Əmirxan Tatarıstanın məşhur yazıçısı və publisistidir[1]
Fatih Əmirxan | |
---|---|
Muhəmmədfatih Zarif oğlu Əmirxanov | |
Doğum tarixi | |
Doğum yeri | Kazan |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Kazan |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri |
|
Vətəndaşlığı | Rusiya İmperiyası və SSRİ vətəndaşı |
Milliyyəti | tatar |
Fəaliyyəti | yazıçı, publisist |
Vikianbarda əlaqəli mediafayllar |
Fatih Əmirxan 1 yanvar 1886-cı ildə Yeni Tatar kəndində anadan olub. Onun atası "İske Taş" məscidinin imamı idi. Yazıçı ö dövr üçün məşhur olan medresede təhsil almışdır.
1905-1907-ci illərdə Moskvada çap olunan "Tərbiyə-ətfal" (Cavanları maarifləndirək) qəzetinin baş katibi olmuşdur. 1907-ci ildə o Kazanda gündəlik qəzet olan "EL-İslax" nəşr elətdirir.
1909-cu ildə tatar dilində bir çox kiablarının tərcüməsi ilə məşğul olur.
1912-1917-ci illərdə Tatarıstanın milli qəzeti olan "Koyaş" (Günəş) qəzetinin redaktoru olur. Bu dövrdə o həmçinin ədəbiyyat-incəsənət jurnalı olan "And" və yumoristik jurnal olan "Yalt-yolt"a məqalələr yazır. O Abdulla Tukaemlə çox yaxın dost idilər.
Esperanto dərsliyinin üz qabığında Əmirxan Fatih və Abdulla Tukayun adları yazılmışdır.
Fatih Əmirxanın həyatı çox keşməkeşli olmuşdur. O Rusiyada baş verən inqilaba çox ümidlə yanaşırdı. Ancaq onun ümidləri özünü doğrultmadı.
O Fevral inqilabının baş verməsinə ən çox sevinən şəxslərdən biri olur. 1920-ci ildə Tatar ASSR yaradılmasında iştirak edir.
O son günlərini Böyük Qırmızı küçədə qardaşı İbrahim Əmirxanın ailəsinin yanında keçirdir.
Sağalmaz xəstəliyə düçar olması (ayaqlarının paralici), 1914-1918-ci illərdə Dünya müharibəsi, Vətəndaş müharibəsi və s. onu çox sarsıdır. Beləliklə, 9 mart 1926-cı ildə vəfat edir. Onu müsəlman qəbirsanlığında atası, dayısı və babasının yanında dəfn edirlər.
Fatih Əmirxanın abidəsi Kazan şəhərinin Yeni-Savinov rayonunda şəhər prospektində qoyulmuşdur.