Fatma Gövhəri Sultan

Fatma Gövhəri Sultan (d. 30 noyabr 1904 - ö. 10 dekabr 1980) — 32. Osmanlı sultanı Əbdüləzizin ən kiçik oğlu Mehmed Seyfəddin Əfəndinin yeganə qızı, Osmanlı sultanıOsmanlı bəstəkarı.

Fatma Gövhəri Sultan
فاطمة الجيفري سلطان
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Çamlıca köşkü, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (76 yaşında)
Vəfat yeri
Dəfn yeri Sultan Mahmud türbəsi
Fəaliyyəti bəstəkar
Atası Mehmed Seyfəddin Əfəndi
Anası Nervaliter xanım
Dini Sünni, İslam

Fatma Gövhəri Sultan 1904-cü ildə atasının Çamlıca köşkündə dünyaya gəlmişdir. Əhməd Tövhid Əfəndinin əkizidir. Atası Sultan Əbdüləzizin oğlu Mehmed Seyfəddin Əfəndi, anası isə Nervaliter xanım idi. Sarayda atasından və digər Osmanlı bəstəkarlarından musiqi dərsləri aldı. Kamança, udpiano dərsləri aldı. 1924-cü ildə Osmanlı sülaləsinin sürgün edilməsi haqqında qanundan sonra ölkəni tərk etdi. Bir müddət Fransada, daha sonra isə Qahirədə yaşadı. 1952-ci ildə qəbul edilən əfv qanunu ilə Türkiyəyə döndü. Dönərkən atasından yadigar saxladığı musiqi alətlərini və notlarını da özüylə birlikdə gətirdi. Burada Taksim meydanındakı kiçik bir binada Yusif İzzəddin Əfəndinin qızı Mehriban Mihrişah Sultanla birlikdə yaşadı. 10 dekabr 1980-ci ildə burada vəfat etdi və Sultan Mahmud türbəsində dəfn olundu.