Fazil Ağalarov

Fazil Köçəri oğlu AğalarovAzərbaycan Silahlı Qüvvələrinin general-leytenantı; Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini — Qərargah rəisi.

Fazil Ağalarov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Hərbi hissə Əlahiddə Ümumqoşun Ordu
Rütbəsi
General-leytenant
Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda" medalı "Hərbi xidmətlərə görə" medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Əslən Goranboy rayonunun Xan Qərvənd qəsəbəsindən olan Fazil Ağalarov uzun illərdir Əlahiddə Ümumqoşun Orduda xidmət edir. Azərbaycan Prezidentinin fərman və sərəncamlarına əsasən 2003-cü ildə "Vətən uğrunda" medalı,[1] 2007-ci ildə "Hərbi xidmətlərə görə" medalı, 2020-ci ildə isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Hazırda Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini — Qərargah rəisidir.

Müxtəlif illərdə müdafiə nazirlərinin əmrləri ilə 1-ci, 2-ci və 3-cü dərəcəli "Qüsursuz xidmətə görə", "Azərbaycan Silahlı Qüvvələri Veteranı", 2-ci və 3-cü dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin 10, 9095 illiyi yubiley medalları ilə də təltif edilib.

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqcularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 24.06.2003-cü il tarixli 887 nömrəli Fərmanı". www.e-qanun.az (az.)). 01.10.2022. 2011-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.