Fazil Hüsnü Dağlarca (türk. Fazıl Hüsnü Dağlarca; 26 avqust 1914[1], Konstantinopol – 15 oktyabr 2008[2], İstanbul) – Türk şairi
Fazil Hüsnü Dağlarca | |
---|---|
türk. Fazıl Hüsnü Dağlarca | |
Doğum tarixi | 26 avqust 1914[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 oktyabr 2008[2] (94 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ağciyər iltihabı |
Dəfn yeri | |
Milliyyəti | türk |
Təhsili |
|
Fəaliyyəti | şair, yazıçı |
Vikianbarda əlaqəli mediafayllar |
1914-cü ildə İstanbulda anadan olub. Atası – Hasan Hüsnü bəy hərbçi, polkovnik-leytenant olduğundan tez-tez yer dəyişirdi. Ona görə Fazil Hüsnü də orta təhsilini Türkiyənin müxtəlif şəhərlərində – Konyada, Kayseridə,Adanada və Kozanda alıb.
1935-ci ildə hərbi məktəbi bitirərək atasının yoluyla gedir, zabit kimi Şərqi və Orta Anadolunu, Trakyanın bir sıra bölgələrini dolaşır. 15 il orduda qulluq edəndən sonra yüzbaşı rütbəsində istefaya çıxır. 1960-cı ildən İstanbulun Aksaray səmtində kitab evi açır, "Türkcə" adlı jurnal buraxır.
O vaxtlar yeni yazdığı şeirləri kitab mağazasının vitrininə yapışdırar, oxucular Dağlarcanın şeirini elə ilk əldən – əlyazısında oxuyardı. Bu şeirlər sonra yığılıb kitab olardı.
F. H. Dağlarca qədər məhsuldar ikinci bir şair tapmaq bəlkə də çətindir. Vaxtilə Əziz Nesin öz dostu haqda belə demişdi: "Dağlarca gündə 10 şer yazır, ondan heç olmasa 5-i yaxşı çıxır".
Sağlığında 100-ə yaxın kitabı çap olunub. Dağlarca bu 100 kitablıq şerləri ilə özünəqədərki poeziyanın həm üslub, həm obraz, həm də dil yönündən axarını dəyişib öz bildiyi səmtə çəkmək istəyib. Çox zaman istəyinə nail olan şair XX əsr türk poeziyasında özünəməxsus bir yer tutub, şeyrləri dünyanın bir çox dillərinə tərcümə olunub.
Yedditəpə, Türk Dil Qurumu və Pittsburq Universitetinin Şeir Ödüllərini alıb, 1974-cü ildə Yuqoslaviyanın ən böyük "Struda" (Qızıl çələng) şeir mükafatına layiq görülüb.
F. A. Daglarca 2008-ci ilin 15 oktyabrında, 94 yaşında vəfat edib.
Bir zamanlar Sözcü dergisinde 1960 ve Vatan dergisine 1961–1962 yazdığı, özdeyiş niteliğinde kısa düzyazıları bir yana bırakılırsa, yalnız şiirle uğraşan ve şiirlerini Türkiye’nin hemen bütün edebiyat dergilerine yaymış olan Dağlarca’nın kitapları.