Qanlı Toy

Qanlı toy (isp. Bodas de Sangre) - ispan yazıçı, dramaturq Federiko Qarsiya Lorka tərəfindən 1931-ci ildə yazılmış faciə janrında üç pərdəli pyes.

Qanlı toy
Bodas de Sangre
Mingəçevir Dövlət Dram Teatrının 2019-cu ildə hazırladığı tamaşanın afişası
Mingəçevir Dövlət Dram Teatrının 2019-cu ildə hazırladığı tamaşanın afişası
Janr faciə
Müəllif Federiko Qarsiya Lorka
Orijinal dili ispan dili
Yazılma ili 1931
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Feliks ailəsi ilə davam edən qan düşmənçiliyində bir oğlu və ərini itirən Ananın digər oğlu evlənmək üzrədir. Bəyin istədiyi qız, Gəlin, bir neçə il əvvəl Feliks ailəsindən olan Leonardo ilə görümüş, lakin daha sonra aralarında mübahisə düşmüş və ayrılmışlar. Leonardo Gəlinin əmisiqızı ilə evlənmiş və təzəcə doğulmuş bir uşağı var. Gəlin Leonardoya qarşı ehtirasını, sevgisini saxlamış, lakin Bəylə evlənməyə razılıq vermişdir. Bəylə Gəlinin toy gecəsi qonaq kimi ailəsi ilə dəvət edilən Leonardo Gəlini də ikna edərək toydan qaçırlar. Bundan xəbər tutan Bəy və qohumlar onların axtarışına çıxır. Gecənin bir vaxtı qaçaq sevgililərin önlərini kəsən Bəy Leonardo ilə təkbətək döyüşə girir və nəticədə hər ikisi ölür. Sevgilisini itirən Gəlin, ərini itirən Gəlinin əmisiqızı (Leonardonun arvadı) və yeganə oğlunu itirən Ana öz faciələrini yaşayırlar.

Əsər 1930-cu ilin əvvəlində Əndəlüsdə bir region qəzetində çıxan cinayət xəbərindən ilham alınaraq yazılmışdır.

Ana Gəlin

Bəy Gəlinin atası

Qonşu qadın Qulluqçu qadın

Leonardo Gənc qızlar

Qaynana Gəncə oğlanlar

Leonardonun arvadı Odunçular

Gəlin Ay

Ölüm (Dilənçi qadın qılığında)

Federiko Qarsiya Lorka əsərlərində bir çox simvolizmdən istifadə etmişdir. Lakin bu simvolizmə edilən şərhlər daha sonralar ədəbiyyatşünasların problemi olmuşdur, bu barədə müxtəlif elmi əsərlər yazılmışdır. Bu səbəbdən müxtəlif tədqiqatçıların subyektiv fikirləri və şərhləri mövcuddur.[2]

Dilənçi qadın: ölümü təmsil edir

Ay: Həm həyatı, həm də ölümü bildirir.

Çay: Həyatın davam etdiyini bildirir.

Qırmızı yumaq: ölüm

Torpaq: Ana, ana torpaq, həyat


  1. Qanlı toy (Azərbaycan dilində), Federiko Qarsiya Lorka, Hispaniya, 2013
  2. Hadil Adil Kamal & Lica Mohamad Bashir Hassan, La estructura y el Simbolismo en «Bodas de sangre»