Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Qafqaz çöl pişiyi[2], və ya Qafqaz meşə pişiyi[3] (lat. Felis silvestris caucasica) — Çöl pişikləri növünə daxil olan yarımnöv. Əsasən Qafqaz və Türkiyə ərazilərində yayılmışdır.
Qafqaz çöl pişiyi | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Mirdəstə: Klad: Klad: Klad: Dəstə: Yarımdəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: ???: Qafqaz çöl pişiyi |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Qafqaz çöl pişikləri xarici görünüş baxımından Ortaavropa çöl pişiklərinə bənzəyirlər. Kütlələri 4-11 kq arasında dəyişir. Erkəkləri iri olmaqla yanaşı daha ağır çəkiyə sahib ola bilirlər. Erkəklərdə uzunluq 63—75 sm, dişilərdə isə 52—63 sm təşkil edir. Bu yarımnöv çöl pişikləri arasında ən iriləridir. Yumru başa və böyük cəzbediçi gözə sahibdirlər. Dişiləri cəlb etmək məqsədi ilə aşağı tonlu səslər çıxarırlar. Qış zamanı tükləri quru və uzun olur. Baş hissəsindən quyruğuna qədər qara zolaqların keçdiyi aşkar şəkildə görünür.
Qafqaz çöl pişiyi əsasən Qafqazın hündürlüyü 2500-3000 metr olan ərazilərində yayılmışlar.[4] Enliyarpaq meşələrin sıx sahələrində tənha həyat sürür. Əsasən gəmiriçilər, kiçik quşlar ilə qidalanır. Bəzən onlar özlərindən həcmcə böyük olan fazan, dovşan hətta cavan dırnaqlı məməliləri ovlaya bilirlər. Onlar insanların yaşadığı ərazilərdə fərdi təsərrüfatlara hücum edir və quşları ovlayır.[5].
Pişiklər üzmək xüsusiyyətinə malik olsa da, buna ehtiyac olmayınca suya girmirlər.
Çütləşmə dövrü əsasən fevral-mart aylarına təsadüf edir. Boğazlıq dövrü 70 gün davam edir. Bir qayda olaraq üç bala verir. Dişi öz balalarını dörd ay müddətində südlə bəsləyir. Bununla belə öz balalarını daha tez ova alışdırır.
Qafqaz çöl pişiyi Rusiyanın Qırmızı kitabına daxil edilmişdir.